Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTOLAR
İQTİSADİYYAT
Bugün, 17:40
Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər məsul şəxslər iştirak ediblər.
Görüşün əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarının pərakəndə satış şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi, tədarük prosesinin daha səmərəli təşkili, fermerlərlə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlərin müzakirəsi olub.
Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun qida təhlükəsizliyi və keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə və “Araz” Supermarketlər Şəbəkəsinin təzə məhsullar üzrə Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Vüqar Quliyev tərəfindən “Meyvə-tərəvəz və ət tədarükü zənciri” mövzusunda təqdimat keçirilib. Təqdimatda kənd təsərrüfatı məhsullarının istehsalçıdan satış nöqtəsinədək keçdiyi mərhələlər, qəbul və saxlanma şərtləri, keyfiyyətə nəzarət mexanizmləri, logistika imkanları və mövcud əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verilib.
Daha sonra tərəflər yerli məhsulların pərakəndə ticarət şəbəkələrində payının artırılması, fermerlərin satış imkanlarının genişləndirilməsi, məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, tədarük prosesində dayanıqlılığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Müzakirələrin yekununda Veysəloğlu Şirkətlər Qrupu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi, müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.
Bu çərçivədə hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və kənd təsərrüfatı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda nazirliyin nümayəndə heyətinə logistika mərkəzinin infrastrukturu, məhsulların qəbulu və saxlanması prosesi, temperatur rejiminə nəzarət sistemi, logistika əməliyyatları və qida təhlükəsizliyi standartları barədə məlumat verilib.



Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan və İran prezidentləri bir arada - Bişkekdə + FOTOLAR (Yenilənib)
Bugün, 18:49 GÜNDƏM
-
Azərbaycan, Türkiyə, Özbəkistan, İran prezidentləri və ailə üzvləri bir arada - FOTOLAR
Bugün, 18:38 GÜNDƏM
-
Prezident onlarla ayaqüstü söhbətləşdi: Putin, Şərif və... - FOTOLAR
Bugün, 18:36 GÜNDƏM
-
"Biz onlara sərt zərbə endirəcəyik" - Tramp İrana cavab veriləcəyini deyir
Bugün, 18:16 GÜNDƏM
-
Sumqayıtda 71 yaşlı kişi oğlunu bıçaqladı
Bugün, 18:00 KRİMİNAL
-
Magistraturaya boş qalan plan yerləri: nəticələr elan olunub
Bugün, 18:00 GÜNDƏM
-
Millinin qadın məşqçisi öldürüldü - FOTOLAR
Bugün, 17:49 KRİMİNAL
-
Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTOLAR
Bugün, 17:40 İQTİSADİYYAT
-
Bişkekdə İlham Əliyevlə Tokayev görüşüb - FOTOLAR
Bugün, 17:11 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Mətbuat katibi vəzifədən getdi: "Mənə müraciət edən heç kimi geri çevirmədim"
Bugün, 16:49 PRESS
-
Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib
Bugün, 16:44 GÜNDƏM
-
Zaqatala, Qax, Balakən və Şəkidə Amerika ağ kəpənəyi yayılıb
Bugün, 16:44 CƏMİYYƏT
-
İcra Hakimiyyətindəki rüşvət mexanizmindən yazan jurnalistlə görüş oldu: "İcra başçısının da iştirak etdiyi söhbətlər..." - "Söz verdilər ki..." (YENİLƏNİB)
Bugün, 16:21 CƏMİYYƏT
-
Məkkə sazişi üzrə ilk iclas: ittifaqı adı açıqlandı - Türkiyə XİN başçısı bölgə ölkələrinə "qapımız açıqdır" mesajı verdi + FOTOLAR (YENİLƏNİB)
Bugün, 16:13 GÜNDƏM
-
Azərbaycanlının restoranı vurulub - Kiyevdə + FOTO
Bugün, 16:03 GÜNDƏM
-
"O vaxtdan məni baltalamağa başladı" - İki məşhurun davasının kökü toya gedib çıxır
Bugün, 15:48 ŞOU-BİZNES
-
“Nar”ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradıldı
Bugün, 15:48 GÜNDƏM
-
Atasını 34 il əvvəl öldürən 59 yaşlı oğlu saxlanıldı
Bugün, 15:38 KRİMİNAL
-
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - QALMAQAL
Bugün, 15:34 ŞOU-BİZNES
-
Məleykə Abbaszadə vəzifədən azad olunur? - DİM sözçüsündən xəbərə reaksiya
Bugün, 15:23 GÜNDƏM
-
SOCAR-da daha bir dəyişiklik - Xanım vəkil yüksək vəzifəyə təyin edildi (FOTO)
Bugün, 15:18 İQTİSADİYYAT
-
Azərbaycan və Ermənistan prezidentləri bir araya gəldi - Bişkekdə nələr müzakirə olundu? + FOTOLAR(Yenilənib)
Bugün, 14:57 GÜNDƏM
-
"Utanmaz adam" - Prezidentliyə keçmiş namizəd Yeni Partiyaya qapını qapatdı, deputatı isə...
Bugün, 14:56 SİYASƏT
-
Buraxılış imtahanları: üzrlü səbəbdən iştirak edə bilməyən şagirdləri bu tarixdə imtahan verəcək
Bugün, 14:28 GÜNDƏM
-
"Aztelekom"da yoxlama aparılır
Bugün, 14:11 İQTİSADİYYAT
-
Kolleclərə qəbul: qeydiyyat müddəti uzadılıb
Bugün, 14:07 GÜNDƏM
-
Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlanıb
Bugün, 14:04 KRİMİNAL
-
Nail Naiboğlu Space TV-də
Bugün, 13:57 PRESS
-
"Qəbələ"nin baş məşqçisi istefaya göndərildi
Bugün, 13:37 İDMAN
-
Özgür Özəllə Kılıçdaroğlu yenə yasda üz-üzə gəldi - FOTO
Bugün, 13:03 SİYASƏT
-
Qarabağ zonasında daha 2048,7 hektar ərazi minalardan təmizlənib
Bugün, 12:31 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:22 CƏMİYYƏT
-
ABŞ Prezidenti: "İran bizi təəccübləndirdi" - "Əgər mən olmasaydım, İsrail yox olardı"
Bugün, 12:08 GÜNDƏM