Aygün Kazımovanın evində fahişəxana açması haqda daha bir xəbər - FOTO, VİDEO

img

14-10-2014 [18:21]


"Aytən Səfərovanın dediyi "Krasavçik Anar" mən deyiləm, mənə "Uzunsaç Anar" deyirlər." 

Bu sözlər tanınmış stilist Anar Atakişiyevə məxsusdur. 

Stilist ANS PRESS-ə açıqlamasında, adının xoşagəlməz məqamlarda hallanmasından narahatlığını bildirərək danışılanlara aydınlıq gətirdi: "Bu səhər "Salam, Azərbaycan" verilişində xalq artisti Aygün Kazımovanın Türkiyədəki evində əxlaqsızlıq yuvası açılması ilə bağlı yayılan xəbərlərə şərh edərkən Aytən Səfərova "Krasavçik Anar" adlı stilistin də məsələyə aidiyyatı olduğunu deyib. Verilişi izləyən bəzi tamaşaçılar söhbətin məndən getdiyini düşünür. Əvvəla mənim o məsələyə heç bir aidiyyatım yoxdur. İkincisi isə hamı məni "Uzunsaç Anar" kimi tanıyır. Anarlar çoxdur bizim sahədə, "Krasavçik Anar", "Şanel Anar" və mən "Uzunsaç Anar". Bir sözlə, bu səhər Aytən Səfərovanın dediyi "Krasavçik Anar" mən deyiləm. Bu xəbərin mənimlə yaxından-uzaqdan əlaqəsi yoxdur”.

Qeyd edək ki, ANS TV-nin "Salam Azərbaycan” verilişində bu səhər xalq artisti Aygün Kazımova ilə bağlı şok xəbər səsləndirilib. Verilişin aparıcısı Aytən Səfərova bildirib ki, Kazımovanın Türkiyədəki evində əxlaqsızlıq yuvası açıldığı xəbərləri yayılıb. Xəbərdə Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızların 1000 dollar müqabilində zənginlərə təklif edildiyi iddia edilib. Eyni zamanda, məsələdə əslən gürcü olan, amma özünü azərbaycanlı kimi təqdim edən Ramazzo Romanın da adı hallanıb. Romazzo Roma uzun illər Aygün Kazımova ilə işləyib və onların dostluğundan hər kəs xəbərdardır. 2012-ci ildə Ramazzo Roma insan alveri və fahişəliyə cəlb etmə maddəsilə saxlanılmışdı. Türkiyə KİV-lərində bununla bağlı yer alan xəbərlərin Ramazzonun Aygün Kazımova ilə fotosu ilə verilməsi o zaman səs-küyə səbəb olmuşdu. 



Aytən Səfərova xalq artisti ilə əlaqə saxlandığını və bu xəbərdən Aygünün özünün belə şokda olduğunu bildirib. Canlı efirə qoşulmaq istəməyən Aygün Kazımova Türkiyədəki evində çoxlu sayda kameraların olduğunu, evinin daima nəzarətdə olduğunu, icazəsiz heç kimin evə daxil ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, onun evində heç vaxt bu qədər insan olmayıb. "Bunu edən məni istəməyən vəzifəli bir şəxsdir. Ola bilsin nəyəsə nail ola bilməyib və ona görə də mənim qarşı "qara piar”la məşğul olur” – deyən xalq artisti həmin vəzifəli şəxsin adını açıqlamaq istəməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR