"Bu namussuzluğu kislota ilə də təmizləmək olmaz!” - Əməkdar artist

img

18-09-2014 [20:00]


Əməkdar artist Zöhrə Abdullayeva ANS TV-nin efirində yayımlanan "Evdəyik” verilişində maraqlı açıqlamalar verib.

Müğənni verilişdə xəyanətdən danışıb:

"Kaş ərim sağ olaydı... O, sağ olsaydı sabahın dərdini çəkməzdim. Məni xanım kimi saxlayırdı. Hara istəyir gedəydi, gəzəydi, amma ölməyəydi. Xəyanət edirdi də... Kişi hər gün eyni yeməyi yeyə bilməz ki... Mən kişilərin bu xislətini qəbul etmişəm, amma qadınları da qəbul edə bilmərəm. Qadın var ki, kişini evdə qoyub gedir, gecə saat 4-də qucağı dolu qayıdır evə. Ərinə də deyir ki, toydan gəlirəm. Ər də bunu qəbul edir. Çünki özləri pul qazana bilmirlər. Bu namussuzluğu kislota ilə də təmizləmək olmaz!”.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR