"Beşiktaş" Feliks Uduokhayı ilə bağlı açıqlama yayıb

\"Beşiktaş\" Feliks Uduokhayı ilə bağlı açıqlama yayıb

İDMAN

Bugün, 09:22

"Beşiktaş" müdafiəçi Feliks Uduokhayın Almaniyanın "Union Berlin" komandasına keçdiyini açıqladı.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ağ-qara klubun yaydığı açıqlamada 28 yaşlı mərkəz müdafiəçisinə xidmətlərinə görə təşəkkür edilib və "Peşəkar futbolçumuz Feliks Uduokhayın transferi ilə bağlı 1. FC Union Berlin ilə razılıq əldə edilib" deyilib.

Məlumata görə, "Beşiktaş" bu transferdən 1.5 milyon avro gəlir əldə edib.

Alman oyunçu "Beşiktaş"da 58 rəsmi oyunda meydana çıxıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR