ABŞ ORDUSU İRANA MƏXSUS ADANI BOMBALADI: "İki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb"

ABŞ ORDUSU İRANA MƏXSUS ADANI BOMBALADI: \"İki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb\"

GÜNDƏM

Bugün, 00:15

ABŞ ordusu bu gün İranın Lark adasını bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran ordusu bəyanat yayıb.

İranın Fars Xəbər Agentliyinə hökumətədfn bildirilib ki, Amerikanın hücumu nəticəsində ada və ətrafında güclü partlayışlar olub: "Təfərrüatları dəqiqləşdirmək üçün araşdırmalar başlayıb. Əlavə məlumatlar daha sonra açıqlanacaq".

İranın Tasnim Xəbər Agentliyi isə orduya istinadla bəyan edib ki, ABŞ ordusu adaya PUA ilə hücum edib: "İlkin məlumata əsasən, hücum nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb".

ABŞ mediası isə hücumun PUA ilə deyil, raketlə olunduğu vurğulanıb: "Bölgədə hərəkətlənən İranın hərbi hədəfi məhv edilib".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR