Netanyahu İranı və bölgəni təhdid etdi: "Onları geri itələsək də..." - "Əgər belə davam etsə, bütün Qəzzanı işğal edəcəyik"

Netanyahu İranı və bölgəni təhdid etdi: \"Onları geri itələsək də...\" - \"Əgər belə davam etsə, bütün Qəzzanı işğal edəcəyik\"

DÜNYA

Bugün, 10:48

İsraildə 27 oktyabr seçkilərindən əvvəl keçirilən rəy sorğularında rəqibindən geridə qalan Baş nazir Benyamin Netanyahu növbəti seçki çıxışında "od püskürüb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hökumət yaxın olan 14-cü kanala verdiyi müsahibədə Qəzzadan Livana, İrandan Suriyaya və İordan çayının qərb sahilindəki gərginliyə qədər bölgə ilə bağlı sualları cavablandırıb.

Baş nazir bildirib ki, hələ də İranla bağlı problem həllini tapmayıb, üstəlik, Qəzza, Livan və Suriyadakı planları yekunlaşmayıb: "Əvvəlcə daha böyük təjhlükə olan İrana baxaq. İran nüvə proqramından imtina etməyib. Onları geri itələsək də, atom bombası istehsal etmək məqsədi ilə nüvə proqramlarını yenidən başlatmaqda qərarlıdırlar. Bu da o deməkdir ki, İran təhdidi aradan qalxmayıb. Lakin  mən baş nazir olduğum müddətcə İrana nüvə proqramını yenidən başlatmasına icazə verməyəcəyik".

Baş nazir Tehran rejiminin devrilib-devrilməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib ki, İran əvvəlkindən daha zəif və sarsıntılıdır, lakin rejimin tezliklə dəyişmə ehtimalını mümkün saymır.

Qəzzada ABŞ liderliyi ilə yaradılan Sülh Komitəsinə gəlincə, Baş nazir burada sülhün daimi olacağına inanmadığını açıq dilə gətirib: "Burada HƏMAS hələ də silahı yerə qoymnmayəb. Əgər belə davam etsə, bütün Qəzzanı işğal edəcəyik. Hə, yeri gəlmişkən, burada Fələstin dövlətinin qurulmasına da fürsət verməyəcəyik"

Xatırladaq ki, 27 oktyabrda keçiriləcək parlament seçkisi ilə bağlı keçirilən sorğuya əsasən,  Baş nazir Netanyahunun Likud Partiyası  keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun Yaşar Partiyasından geri qalır.

Tahir 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR