"Ünsiyyət(sizlik) — Tanış olaqmı? Mədəni ve Sosial Esselər"
MƏDƏNİYYƏT
Bugün, 09:57
Mədəniyyət toqquşması yaşayan ziyalı qadının daxili monoloqu və sosial etirazı
Vüsalə Əli. Türkiyənin İç Anadolu bölgəsinə -Kayseriyə köş etmiş bir Azərbaycan ziyalısı. Azərbaycanda unversitet oxumuş və türklər demiş: mürəkkəb yalamış bir aydın. Bu arada türklərin bu ifadəsi heç də ali məktəb diplomu olanlara aid edilmir. Bu ifadə xüsusi fəhmi, cəmiyyətə qatqısı olan ziyalılar, hocalar üçün deyilmiş. Zamanında həmkar olduğumuz azərbaycanlı bir xanımın nəhayət Türkiyədə “İletişim(sizlik) Tanışalımmı? Kültürəl və Sosial Dənəmələr” -"Ünsiyyət(sizlik) — Tanış olaqmı?
Mədəni ve Sosial Esselər" kitabı işıq üzü gördü. Ədəbiyyat sahəsi istedadlı bir qələm sahibinin ilk addımlarına şahidlik etdi. Və düşündük ki, dünyadakı qələmlərimizin ortaq məkanında bu kitabı müzakirə edək.
Rəqəmsallaşma və Münasibətlərin Əmtəələşməsi
Vüsalə Əlinin kitabı şəxsiyyətlərarası münasibətlər, rəqəmsallaşma, gender rolları, ailə institutu və sosial nizam-etiket mövzularını əhatə eden çox zəngin sosioloji materialdır. Etiraf edim ki, ilk səhifələrdə çox təccübləndim. Kitab mənə daha çox didaktik mətn kimi göründü. Çünkü toxunulan məsələlər — "slm yazmayın", "nasılsınız deməzdən öncə kendinizi təqdim edin", "çay qaşığını seslə qarışdırmayın" kimi adi qaydalar — müəyyən mədəni kapitala malik fərdlər üçün ibtidai etiket elementləridir. Mətnin "Protokol qaydaları", "Məqam sahibinin qarşısında nasıl oturmalı", "Sözə nasıl başlamalı" bölümləri dünya ədəbiyyatında özəl bir janr olan “nəsihətnamə” ənənəsinə söykəndiyi üçün kitabı ədəbi baxımdan çox uğurlu hesab etmədim.
Çesterfildin “Oğluma məktublar” (XVIII əsr), Baltasar Qrasianın “Həyat sənətçisi-Ağıllı adamın cib fəlsəfəsi” (XVII əsr. İspan ədəbiyyatının Barokko Dövrü) kitabının bənzəri bir mətnlə, içində bulunduğum rəqəmsallaşma və münasibətlərin əmtəələşməsi dövründə başbaşa qalacağımı heç xəyal etməmişdim.
Mənim baxışlarımda müəllif kimi mənim də artıq bir zərrəsi olduğumuz Türkiyə toplumu- Şərq ve Qərb sivilizasiyalarının kəsişməsində formalaşmış zəngin, dinamik, ictimai məsuliyyət iliklərinə işləmiş, çoxqütblü - cumhuriyətçi və sekulyar, mühafizəkar və islami intellektual, sol və sosialist aydınlardan ibarət rəngarəng güçlü ədəbiyyat və küçə mədəniyyətinə malik bir toplumdur. Qısacası, Türkiyə toplumu öz köklərini unutmadan dünyaya açıq olan, polemikanı və yazmağı sevən, estetik duyğusu yüksək, daim axtarışda olan ehtiraslı bir düşüncə dünyasıdır. Qarşımdakı mətn isə...?
Heyrətimi müəllifin ilk qələm təcrübəsinə bağlayaraq oxumağa davam edirəm və…
Qəribə bir sirri kəşf etmiş kimi bir daha heyrətlənirəm. Anlayıram ki, indiyə qədər fərq etmədiyim (məncə bunu sonradan gəlib Türkiyə cəmiyyətinin içində yaşayanların böyük əksəriyyəti fərq edə bilmir) bir həqiqətlə üz-üzə qalmışam.
Oxucusuna “qarşımda otur, sənin sosial problemlerini araşdıraq” diktəsi ilə yanaşan mədəni və sosial esselər əsəri texnologiyanın sürətlə inkişaf ettiyi, lakin mənəvi-əxlaqi və etik normaların eyni sürətlə yenilənə bilmədiyi “mədəni gecikmə” dövründə yaşayan keçid cəmiyyətinin fəryadı kimi çox yerində və maraqlı bir araşdırma olduğu qənaətim bu kitabın əslində mədəniyyət toqquşması yaşayan ziyalı qadının daxili monoloqu və sosial etirazı olduğunu təsdiq edir. Təkrar varaqla, göz gəzdir və qeydlər apar. 100 səhifəlik kitabın mütailəsini ən gec 2 saata sığışdırdığım halda “İletişim(sizlik) Tanışalımmı? Kültürəl və Sosial Dənəmələr” kitabı tam 1 həftə vaxtımı alır.
Cəmiyyətin Sosioloji Təbəqələşməsi
Məsələ belədir ki, Türkiye toplumu yalnız büyük şəhərlərin dünyəvi, yüksək təhsilli kəsimindən ibarət deyil, təəsüf ki. Xüsusi ilə Anadoluda- sürətlə şəhərləşən əyalət mərkəzi və rayonlarında, eyni zamanda kənddən şəhərə miqrasiya edən kütlələrdə ənənəvi əxlaq anlayışı ilə rəqəmsal dünyanın (Instagram, TikTok və digər tanışlıq tətbiqləri) reallıqları arasında ciddi ziddiyyətlər var. Bu baxımdan müəllifin təsvir etdiyi örnəklər (məmurların, müəllimlərin və ya 30-40 yaşlı boşanmış fərdlərin ünsiyyət tərzi) bu kəsimdəki real və əksəriyyətin günlük davranış böhranını əks etdirir. Rəqəmsallaşma, rabitənin sürətlənməsi ve münasibətlərin əmtəələşməsi fonunda yaşananları təsvir edən müəllif, təcrübəsindən və şahidi olduqlarından çıxış edərək modern münasibətlərin "istehlak məhsulu kimi tez tükədilməsi"ni, insan münasibətlərinin bağ olmaqdan çıxıb networkləşdiyini (network), istənilən an bir toxunuşla "əngəllənə" və ya dəyişdiriləbilən əşyaya çevrildiyini böyük təssüf hissi ilə qələmə alır.
Sosial mediada insanların maska taxması, saxta profillər və mükəmməl görünüş illüziyaları yaratması Goffmanın "Mənliyin gündəlik həyatda təqdimatı" nəzəriyyəsi ilə izah olunur. Fərdlər virtual məkanda "ön səhnə"də cəlbedici obraz yaradır, imic görüntüləyir, lakin şəxsi ünsiyyətdə "arxa səhnə" (əsl niyyət) həmən üzə çıxır. Normativ aşınma ve inamsızlıq mətndə tez-tez vurğulanan "sözün dəyərdən düşməsi", "vədlərin tutulmaması", "yalan və manipulyasiyanın normallaşması" cəmiyyətdə ortaq əxlaqi və sosial dəyərlərin sarsılmasına işıq tutur.
Ənənəvi dəyərlər, din və gender rolları, Anadolu-Şərq toplumindakı modernləşmə ilə mühafizəkarlıq arasındaki ziddiyyəti açıq şəkildə gösdərir: bir tərəfdən ənənəvi anlayışlar təriflənir və tələb olunur, digər tərəfdən isə fərdlərin (özellikle kişilərin) gündəlik praktikada bu dəyərlərə zidd, ani zövq və manipulyativ davranışlar sərgilədiyi tənqid edilir.
Güçlü qadın və kişi rollarının yenidən təyini baxımından yanaşan müəllif qadının həm işləyib, həm ailə büdcəsini yönəltdiyini vurğulayır və onun eyni zamanda emosional yükü daşıdığına da diqqət çəkir. Bu vəziyyət patriarxal cəmiyyətin ənənəvi "kişi himayədarlığı" rolu ilə modern qadının "məsuliyyətli tarafdaş" axtarışı arasındakı boşluğu (gender rol konflikti) meydana çıxarır. Ailə institutu və sosial rollar arasındakı münaqişəyə işıq tutmağa çalışan Vüsalə Əli sosiologiyada geniş ailə strukturunun ənənəvi nəzarət mexanizmləri ilə yeni qurulan nüvə ailənin muxtariyyəti arasındakı sınır toqquşmalarını da canlı misallarla izah etməyə çalışıb və buna uğurla nail olub.
Sosial təbəqələşmənin, mədəni kapital və protokol əxlaqın detallarını oxucu, müəllifin "kitab oxumaq", "ədəbi dil", "söz ehtiyatı", "bədən dili", "çay qarışdırmaq qaydası", "makam qarşısında oturuş" kimi tövsiyələrində tapır. Fərdin cəmiyyətdəki yeri və keyfiyyəti yalnız ekonomik gücü ilə deyil, mənimsədiyi mədəni və sosial vərdiş və əxlaqla bəlli olur.
Protokol qaydaları və dövlət–vətəndaş münasibətlərinə də geniş yer verən Vüsalə Əli idarəçilər (vali, rəis ve s.) qarşısında davranış qaydalarının cəmiyyətdə iyerarxik nizam, bürokratik status və rəsmi münasibətlər sisteminin qorunmasını vacib sayır. Müəllifə görə, haqlı olaraq fərdlərin,vəzifələrin və anlayışların yuxarıdan aşağıya doğru tabeçilik, pillə və dərəcə prinsipi ilə sıralandığı pilləli sistemin nizamla işləməsi sırf dövlət-vətəndaş münasibətlərinin qüsursuzluğuna xidmət edir, cəmiyyətin güvəncə funksiyasını daşıyır.
Keçid Cəmiyyətinin Fəryadı
Bu fəryadı bizə yazarımız Vüsalə Əli çatdırır.
Texnologiyanın sürətlə inkişaf etdiyi, lakin mənəvi-əxlaqi və etik normaların eyni sürətlə yenilənə bilmədiyi "mədəni gecikmə" dövründə yaşayan keçid cəmiyyətinin səsinə qulaq verən və onun sözlü halı ilə oxucusunu görüşdürən yazar, ənənənin getirdiyi dərinlik, sədaqət və nəzakət yüklü keçid cəmiyyətinin modern dövrün sürətli, səthi və praqmatik ortamının yaradığı emosional böhranlarla mücadiləsini işıqlandırır. Həm də çıxış yolu kimi təhsil, mütailə, daxili mənəvi hesab və şüurlu ünsiyyət etikası kimi çıxış yolunu tövsiyə edir, göstərir və dəvət edir. Birbaşa real təcrübənin - yaşanmışların ifadəsi olan əsər Anadolu mühitində, dövlət dairələrində, sosial mediada rast gəlinən dialoqlara ayna tutur. Çox vaxt insanların "bu qədər də olmaz” dediyi bəsit davranış xətaları gerçək həyatda ən çok təkrar olunan xətalar olduğunu iddia edir və təsnifləyir.
Bütün bu məziyyətləri "Ünsiyyət(sizlik) — Tanış olaqmı? Mədəni ve Sosial Esselər” kitabının nəzəri sosiologiya mətni deyil, populyar fərdi inkişaf, gündəlik məişət etiketi və ictimai publisistika janrında yazıldığını qeyd etməyə əsas verir.
Əsər intellektual dairələr için didaktiv və bəzən normativ görünsə də, Türkiyənin orta-mühafizəkar və sürətlə rəqəmsallaşan cəmiyyəti üçün hələ də aktual olan mədəni və kommunikativ boşluqlara toxunur. Mətnin dili və içindəki çırpıntı məhz o canlı, gündəlik həyatın reallıqlarından qaynaqlandığını aşıq-aşkar gösdərir. Bakı kimi mədəniyyət mərkəzindən- incəsənət və teatr mühitindən çıxıb illərdir Anadolunun mühafizəkar və qapalı bir ortamında yaşamaq insanı istər-istəməz iki fərqli dünyanın toqquşması ilə üz-üzə qoyur ki, bu çarpışmanın səsini "Ünsiyyət(sizlik) — Tanış olaqmı? Mədəni ve Sosial Esselər” kitabının sətirlərindən duya bilirik. Mətn akademik bir araştırmadan çox, birbaşa həyatın içindən süzülən, bir az qəzəbli, bir az didaktik, amma tamamilə səmimi bir sosyal dərd və fəryaddır, mədəniyyət toqquşması yaşayan ziyalı qadının daxili monoloqu və sosial etirazıdır.
Kəbutər Hakverdi
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Qarabağ" braziliyalı müdafiəçi ilə vidalaşdı
Bugün, 11:54 İDMAN
-
AAYDA-da daha bir təyinat oldu
Bugün, 11:41 CƏMİYYƏT
-
Sabirabadda narkotik xassəli bitkilər becərən şəxs saxlanılıb
Bugün, 11:39 KRİMİNAL
-
Prezident Qırğızıstana gedib (YENİLƏNİB)
Bugün, 11:34 GÜNDƏM
-
Şimali Kiprin Girne bölgəsində gəmi qəzası: 9 nəfər saxlanldı
Bugün, 11:19 DÜNYA
-
Prezident İlham Əliyev Sadır Japarova məktub ünvanlayıb - MƏTN
Bugün, 11:17 GÜNDƏM
-
HƏBSDƏ OLAN SABİQ İCRA BAŞÇISI HAQQINDA QƏRAR VERİLDİ
Bugün, 11:08 GÜNDƏM
-
General qızı ilə sabiq idarə rəisi bir-birlərini məhkəməyə verdi - Qalmaqal böyüyür
Bugün, 11:01 SİYASƏT
-
Netanyahu İranı və bölgəni təhdid etdi: "Onları geri itələsək də..." - "Əgər belə davam etsə, bütün Qəzzanı işğal edəcəyik"
Bugün, 10:48 DÜNYA
-
Prezident İlham Əliyev: "Xəbər bizi son dərəcə sarsıtdı"
Bugün, 10:42 GÜNDƏM
-
Salyan Melioservis İdarəsi vergi borcunu ödəyə bilmir
Bugün, 10:20 İQTİSADİYYAT
-
"Beşiktaş" "Benfika"nın futbolçusunu "radar"a aldı
Bugün, 10:17 İDMAN
-
Təkrar sertifikatlaşdırılma prosesi: müsahibə mərhələsi başlayır
Bugün, 10:03 CƏMİYYƏT
-
"Ünsiyyət(sizlik) — Tanış olaqmı? Mədəni ve Sosial Esselər"
Bugün, 09:57 MƏDƏNİYYƏT
-
"Tottenhem" "Mançester Siti"dən Ömər Marmuşu icarəyə götürüb
Bugün, 09:48 İDMAN
-
Yaxın Şərq yenidən qaynayır: ABŞ adanı, İran isə İordaniya, BƏƏ və daha bir MQ-9-u vurdu
Bugün, 09:40 GÜNDƏM
-
"Aston Villa" Leon Qoretzkanı transfer etdi
Bugün, 09:30 İDMAN
-
"Beşiktaş" Feliks Uduokhayı ilə bağlı açıqlama yayıb
Bugün, 09:22 İDMAN
-
Sofyan Amrabat "Ayaks"a keçib
Bugün, 09:16 İDMAN
-
İsrail ordusu Livana yeni hücuma başlayıb
Bugün, 09:10 DÜNYA
-
"Çelsi" Emiliano Martinezlə müqavilə imzaladı
Bugün, 09:03 İDMAN
-
Leyla Əliyeva, Arzu Əliyeva, Anar Ələkbərov və... - Tanınmış şəxslər klassik avtomobillərin yürüşündə + VİDEO
Bugün, 00:34 GÜNDƏM
-
"Beşiktaş" "Barselona"nın futbolçusunu istəyir
Bugün, 00:26 İDMAN
-
Rusiyanın vurulan gəmisi Türkiyədə quruya "oturdu" - Sahibsiz tanker + FOTO
Bugün, 00:20 GÜNDƏM
-
ABŞ ORDUSU İRANA MƏXSUS ADANI BOMBALADI: "İki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb"
Bugün, 00:15 GÜNDƏM
-
"Qalatasaray" Rafael Leao ilə müqavilə imzaladı - 4 illik anlaşma, 38 milyon avroluq transfer haqqı...
Bugün, 00:06 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Zakir Həsənov Türkiyədədir
Bugün, 00:01 SİYASƏT
-
Şimali Kiprdə üç günlük matəm elan olunub: "18 nəfər yoxa çıxıb"
30.08.2026, 23:28 GÜNDƏM
-
Azərbaycanda klub prezidentindən ŞOK HƏRƏKƏT: içəri girdi, gözünə dəyəni…
30.08.2026, 21:25 İDMAN
-
"Qarabağ” da "sinifdə qaldı": limit getdi, bəs nəticə hanı?
30.08.2026, 21:21 İDMAN
-
Şimali Kiprdə 260 sərnişini daşıyan gəmi batıb (Yenilənib)
30.08.2026, 18:07 DÜNYA
-
Bakının bir addımlığında qaz və su problemi: evlər boşalır - AzTV süjet hazırladı + VİDEO
30.08.2026, 16:28 CƏMİYYƏT
-
Jurnalist Aqşin Əliyev direktor təyin edilib
30.08.2026, 15:55 PRESS