"Qarabağ” da "sinifdə qaldı": limit getdi, bəs nəticə hanı?
İDMAN
30.08.2026, 21:21
"Qarabağ" da "sinifdə qaldı"...
"Neftçi" və "Zirə" kimi.
Ay əcnəbi sevdalıları, limit getdi, bəs nəticə haradadır?
Niyə fikirlərimiz xətrinizə dəyir?
Niyə yazılarımız boğazınızda ilişib qalır?
Qoca qarılar kimi orda-burda deyinirsiniz.
Axı siz deyildinizmi limitin ləğvini bəh-bəhlə tərifləyən?
Siz deyildinizmi
“Yerli futbolçu şişib, dəyərindən artıq pul alır” deyən.
“Yerli futbolçu klub futbolunun inkişafına mane olur”
“Yerli futbolçu klublarımızın Avropada böyük uğurlar qazanmasına mane olur” deyənlər də sizlər idi.
Axı bunları siz deyirdiniz.
Mən də indi haqlı olaraq soruşuram:
Nə oldu?
Niyə qazanılmadı həmin uğurlar?
Niyə heç nə dəyişmədi?
Əksinə, 12 mövsümdü ardıcıl avrokuboklarda çıxış edən "Qarabağ"ı da itirdik.
Axı yoxdur həmin yerli futbolçular.
Artıq klublar yerli futbolçu oynatmaq məcburiyyətində deyil.
İstədiyiniz qədər legioner gətirə bilərsiniz, gətirmisiniz də.
Bəs niyə tonla gətirdiyiniz legionerlərlə uğurlu ola bilmədiniz?
Niyə Avropada tarix yazmadınız?
Niyə böyük şou göstərmədiniz?
"Şişib" dediyiniz azərbaycanlı futbolçular yoxdur artıq.
Dəyərindən artıq pul alan azərbaycanlı futbolçular yoxdur artıq.
Bəs dəyərindən artıq pul alan legionerlər hansı işə dərman oldu?
Niyə bu barədə danışmırsınız?
Danışmamağınız bir dərddir, danışana diş qıcamağınız isə iki.
Sizin probleminiz nədir?
Mən Azərbaycan futbolunun inkişafını istəyirəm, bəs siz?
“Neftçi” küçələrdə qalan Belarus təmsilçisinə uduzdu.
“Zirə” futbolda izi-tozu olmayan Estoniya klubuna məğlub oldu.
Ən təcrübəli komandamız sayılan “Qarabağ” isə öncə Avropa Liqasında, ardınca Konfrans Liqasında mübarizəni dayandırdı.
O "Qarabağ" ki bu yay bir yerli transfer belə etməmişdi, əvəzində 10 legionerlə güclənmişdi.
Bu mənzərədə yeganə təsəllimiz “Sabah”dır.
Amma “Sabah”ın uğurunu da balanslı qiymətləndirmək lazımdır. Yenə pafosla, yalanla kütlənin beyninə işləməyin.
Bu gün "Sabah"ın avrokuboklarda qazandığı uğurun arxasında həm də ölkə çempionluğunun verdiyi imkanlar dayanır.
Futboldan azca anlayışı olan hər kəs bilir ki, çempionluq avrokuboklarda daha geniş imkanlar qazandırır.
Cəbəllütariq, Kosova klubları neçə ildi qruplara boş yerə vəsiqə qazanmır.
"Qarabağ" qruplara qaldığı 12 mövsümün 11-də çempion olaraq avrokuboklarda iştirak edib. Təkcə bu fakt çox şeyi deyir.
Yəni “Sabah”ın uğurundan danışırıqsa, burada çempionluğun rolunu da görməməzlikdən gəlmək olmaz.
Bir də başqa məsələ var.
Kimsə yalançı vədlərə inanıb, uğursuz qərarları dəstəkləyib insanlara yalandan ümid verə bilər.
Kimsə hansısa klub rəhbərinə, federasiya mənsubuna xoş gəlmək, "təşəkkür" mesajı almaq üçün yaza, danışa bilər.
Kimsə süni inkişaf nağılı uydura, Premyer Liqada möhtəşəm rəqabət yarandığını iddia edə bilər.
Bağışlayın, mən bu söhbətlərdə ilk gündən yoxam.
Mənim üçün belə şeylər qəbuledilməzdir.
Bu gün daxili yarışlarda 11 legionerlə meydana çıxan “Turan Tovuz”un sabah avrokuboklarda ciddi nəticə əldə edəcəyinə inanmıram.
Maksimum iki mərhələ. Dəyər buna görə bu qədər milyonları havaya sovurmağa?
Mən bu potensialı görmürəm və bunu bu gün deyirəm.
Bəzən Tovuzdakı azarkeşlər də məndən inciyirlər.
İncisinlər.
Mənim işim kimisə razı salmaq yox, həqiqəti deməkdir.
Amma siz nə deyirsiniz?
“Legioner alın hər şey düzələcək.”
Hələ zərərlərindən danışmıram.
Aldılar legionerləri.
Limit də yoxdur.
Bəs nəticə haradadır?
Limitin ləğvi elə şeydi ki, anında nəticə verə bilərsən yox, verməlisən. Akademiya qurmursan ki, 10 il gözləyəsən uşaq böyüsün. Gedib Avropadan hazır oyunçu gətirib oynadırsan.
Bu qədər asan bir yolu seçdiniz, amma orda da bacarıqlı olmağı bacarmadınız.
Deməli, məsələ limit deyil.
Məsələ sistemdir.
Məsələ düzgün idarəçilikdir.
Məsələ futbolçu yetişdirməkdir.
Bir az yavaşlayaq, bir az tonumuzu alaq...
Sistem quraq, akademiyalar yaradaq.
Harda olduğumuza baxaq, nə istədiyimizə diqqət edək.
XANOĞLAN/ SPORTİNFO.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı və Abşeronda yağış yağacaq - Xəbərdarlıq
Bugün, 21:04 GÜNDƏM
-
Vəzifədən azad olunan rəis nazirin müşaviri oldu
Bugün, 18:43 CƏMİYYƏT
-
Şahin Mustafayev İran rəsmisi ilə telefonda danışıb - Nələr müzakirə edilib?
Bugün, 18:01 SİYASƏT
-
“Fənərbaxça”nın prezidenti və qızı Bakıda - Prezident və xanımı ilə görüşüblər + FOTO
Bugün, 17:15 GÜNDƏM
-
Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirildi - VİDEO, FOTOLAR
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev və birinci xanım Hərbi Dəniz Qüvvələrində - FOTOLAR
Bugün, 15:09 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:52 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Krala məktub göndərdi - MƏTN
Bugün, 12:00 GÜNDƏM
-
Sabiq nazirin daha bir bahalı evi yarı qiymətə satışa çıxarılıb
Bugün, 11:40 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 10:08 CƏMİYYƏT
-
Ağdamda traktor minaya düşüb (Yenilənib)
Bugün, 09:42 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 KRİMİNAL