Mustafa Məhəmməd yenidən Türkiyə liqasına gəlir

 Mustafa Məhəmməd yenidən Türkiyə liqasına gəlir

İDMAN

Bugün, 14:11

"Qalatasaray"ın keçmiş, Fransanın "Nant" klubunun isə hazırkı misirli hücumçusu Mustafa Məhəmməd yenidən Türkiyə super liqasına geri dönür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2023-cü ildə "Nant"ın 6 milyon avroya aldığı misirli hücumçu indi təxminən 1 milyon avroya "Konyaspor"a gəlir.

Məlumata görə, tərəflərin danışıqları müsbət yekunlaşmaq üzrədir: "Klub intizamsız hücumçunun transferinə yaşıl işıq yandırıb. Hazırda türk klubu hücumçu ilə maaş məsələsini müzakirə edir"

Xatırladaq ki, Mustafa Məhəmməd "Nant"da 136 matçda 29 qol vurub0. O, mövsümöncəsi hazırlıqlar zamanı meydana çıxmadığı üçün cəzalanıdırılaraq ehtiyat komandaya göndərilib.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR