Faiz müqabilində borc verilməsi... - Ali Məhkəmə sələmçilərlə bağlı yeni izahat yaydı
CƏMİYYƏT
25.08.2026, 10:28
"Faiz müqabilində borc verilməsi ilk baxışdan sadə mülki münasibət kimi görünsə də, bu sahədə ciddi hüquqi risklər mövcuddur. Xüsusilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər".
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Yəni fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil: "Lakin konkret şəxsə borc verilməsi ilə müxtəlif şəxslərə mütəmadi, sistemli və gəlir əldə etmək məqsədilə faizlə borc verilməsi eyni hüquqi hal deyil. Məhz bu fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır".
Faizlə borc münasibətləri yazılı şəkildə rəsmiləşdirilməli, müqavilədə əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilməlidir:
"Eyni zamanda, pulun faktiki olaraq verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir. Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biridir. Nağd ödənişlər həyata keçirilirsə, onların da müvafiq qəbz və digər sənədlərlə təsdiqlənməsi məqsədəuyğundur.
Çünki məhkəmə mübahisəsi zamanı "pul vermişəm", "pul qaytarılıb", "faiz ödənilib" kimi şifahi izahatların deyil, bunları təsdiq edən sübutların əhəmiyyəti böyükdür".
Əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, artıq onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır:
"Mülki Məcəllənin 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Bu tələblər nəzərə alınmadan fəaliyyət göstərilməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər".
Ən mühüm risklərdən biri budur ki, borc verən şəxs borcalana qarşı məhkəməyə müraciət etdikdə, öz fəaliyyətinin qanuniliyi də araşdırıla bilər:
"Məhkəmə borc verənin fəaliyyətində qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətlərini müəyyən edərsə, xüsusi qərardad qəbul edərək materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.
Başqa sözlə, borcunu tələb etmək üçün məhkəməyə gedən şəxs öz fəaliyyətinin hüquqi araşdırmaya məruz qalması ilə üzləşə bilər".
Qanunsuz fəaliyyət borc verənin öz tələbini də riskə ata bilər:
"Əgər konkret iş üzrə borc verənin qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilərsə, bu, onun müqavilədə razılaşdırılmış faiz və digər məbləğləri tələb etməsinə ciddi təsir göstərə bilər.
Belə vəziyyətdə borc verən şəxsin müqavilədə nəzərdə tutulan gəliri (faiz və digər məbləğləri) tələb etmək imkanları məhdudlaşa, yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək imkanı qala bilər".
Faizlə borc verən şəxslər münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməli, faktiki verilən məbləği və faiz şərtlərini dəqiq göstərməli, bütün ödənişləri sənədləşdirməli və fəaliyyət sistemli xarakter daşıyırsa, onun hüquqi statusunu əvvəlcədən düzgün müəyyən etməlidirlər:
"Pulun sizə məxsus olması onu istənilən formada və sistemli şəkildə qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar dövriyyəyə buraxmaq hüququ vermir.
Əks halda bu gün "asan qazanc" kimi görünən fəaliyyət məhkəmə mübahisəsinə, xüsusi qərardada və hətta inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 12:39 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Tokayevə məktub ünvanlayıb
Bugün, 11:07 GÜNDƏM
-
Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubad qar yağıb
Bugün, 11:05 CƏMİYYƏT
-
Deputatın oğlunun adının hallandığı qətl işi... - "Ceyhun Sabunçu" kimdir?
Bugün, 10:27 KRİMİNAL
-
Heydər Əliyev Sarayında "Turandot" tamaşasının premyerası keçirilib - FOTOLAR
Bugün, 10:00 MƏDƏNİYYƏT
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT