İspaniya komandasında gərginlik - Hücumçu "Beşiktaş"a görə məşqə çıxmır

İspaniya komandasında gərginlik - Hücumçu \"Beşiktaş\"a görə məşqə çıxmır

İDMAN

Bugün, 09:04

"Beşiktaş"ın heyətinə qatmaq istədiyi hücumşu Pate Siss formasını geyindiyi İspaniyanın "Rayo Valyekano" komandasında gərginlik yaradıb.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, klub rəhbərliyi  hücumçunu nisbətən aşağı transfer qiymətinə "Beşiktaş"a göndərmək istəsə də, o, hazırkı komandasından müqaviləyə xitam verilməsi müqabilində daha böyük məbləğ tələb etməyə başlayıb. 

Məlumata görə, İstanbul komandasına getməyə etiraz etməyən, lakin bu transferi özünün gələcəyi baxımından daha qazanclı prosesə çevirməyi hədəfləyən Pate Siss iki gündür  "Rayo Valyekano"dan məşqlər də çıxmır: ""Rayo Valyekano" ilə 2027-ci ilə qədər müqaviləsi olan 32 yaşlı Siss 10 milyon avroluq sərbəst qalma şərtindən yararlanmağa can atır. O, bu keçiddən ən azı bəribaşdan 10 milyonu əldə etməkistəyir. "Beşiktaş" isə bu qədər pulu 32 yaşlıə futbolçuya vermək istəmir. İspaniya komandası isə yaşlı hücumçunu əldən çıxarmağa çalışır. Lakin hələ də ortaq yol tapa bilməyiblər..."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR