Xalq artisti Şükufə Yusupovanı maşın vurub, vəziyyəti ağırdır - AÇIQLAMALAR (Yenilənib)

Xalq artisti Şükufə Yusupovanı maşın vurub, vəziyyəti ağırdır - AÇIQLAMALAR (Yenilənib)

MƏDƏNİYYƏT

Bugün, 15:21

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib, hazırda vəziyyəti ağırdır.

Mia.az xəbər verir ki, bu barədə AKİ İttifaq məlumat yayıb.

Bildirilib ki, Xalq artisti Kliniki Tibbi Mərkəzində əməliyyata götürülüb.

***

Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

Məlumata görə, hadisə ötən gün saat 18.00-da paytaxtın Səbail rayonunda yerləşən Həsən Seyidbəyli küçəsi "İçərişəhər" metrostansiyası yaxınlığında qeydə alınıb.

Bildirilib ki, Hüseynli Həsən Qorxmaz oğlunun idarə etdiyi 77-UD-238 dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Şükufə Mühəddin qızı Yusupovanı vurub.

Hadisə nəticəsində Xalq artisti müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

***

Avqustun 21-i saat 18:44 radələrində 1954-cü il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O qeyd edib ki, pasiyentə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb:

"Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir"(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR