Rusiya Krivoy Roqa zərbə endirib - 14 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb

Rusiya Krivoy Roqa zərbə endirib - 14 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb

DÜNYA

21.08.2026, 21:45

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 14 nəfər həlak olub.

Mia.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün "Telegram" kanalında bildirib.

"Krivoy Roqda rusların ticarət mərkəzinə hücumu nəticəsində artıq 14 nəfər həlak olub", - o qeyd edib.

Onun sözlərinə görə, 22-si uşaq olmaqla, 121 nəfər yaralanıb, 29 zərərçəkmişin, o cümlədən beş uşağın vəziyyəti ağır qiymətləndirilir.

"İtkin düşənlər var, onlarla əlaqə saxlamaq mümkün olmur", – A. Qanja əlavə edib(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR