Daha iki itkin-şəhidin vida mərasimi keçirilib (Yenilənib)
CƏMİYYƏT
Bugün, 10:46
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Akif Cəbrayıl oğlu Qurbanov dəfn edilib.
Mia.az xəbər verir ki, əvvəlcə şəhidlə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra mərhumun qalıqları Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Akif Qurbanov 1975-ci ilin oktyabrın 29-da Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. 1994-cü il 26 aprel tarixində Ağdam rayonu, Şotlanlı kəndi ərazisində itkin düşüb.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Cümşüd Məmmədovla vida mərasimi keçirilib.
Məlumata görə, 34 il itkin şəhid kimi qeydiyyatda olan Laçın rayon sakini Cümşüd Məmmədovun nəşinin qalıqları müəyyənləşdirilərək ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində salınmış 552 saylı qəsəbədə, onun həyat yoldaşının yaşadığı ünvanda təşkil olunub.
Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və digər şəxslər iştirak ediblər.
Vida mərasimindən sonra Cümşüd Məmmədovun nəşinin qalıqları dəfn olunmaq üçün Laçın şəhərinə yola salınıb.
Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb.
Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib(report).
***
Neftçala rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Sərdar İsmayılovla vida mərasimi keçirilib.
Məlumata görə, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşi doğulduğu Astanlı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Sərdar Cəfər oğlu İsmayılov 1971-ci il avqustun 27-də Neftçalanın Astanlı kəndində anadan olub. 1992-ci il oktyabrın 25-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.
Allah rəhmət eləsin!
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İsmayıllıda kütləvi zəhərlənmə olub - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 13:13 GÜNDƏM
-
Fərid Rzazadə dünya çempionu olub
Bugün, 12:47 İDMAN
-
Azərbaycanda isti hava olacaq - Növbəti 4 günlə bağlı xəbərdarlıq
Bugün, 12:30 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:18 CƏMİYYƏT
-
İCRA BAŞÇISI YENİ TƏYİN ETDİYİ MƏMURDAN 200 MİN RÜŞVƏT ALIB? - Başçı suala cavab əvəzinə jurnalisti görüşə çağırıb
Bugün, 12:07 CƏMİYYƏT
-
Mais Nəsirov departament rəhbəri təyin edilib - Agentlikdə növbəti dəyişiklik
Bugün, 11:57 CƏMİYYƏT
-
Departamentin 6 əməkdaşı vəzifədən çıxarıldı, mətbuat katibinin isə vəzifəsi dəyişdi
Bugün, 11:53 PRESS
-
Süleymançıların liderinin qardaşı xaricə qaçmaq istəyib - 200 kq qızılla tutuldu (FOTOLAR)
Bugün, 11:42 SİYASƏT
-
Kəlbəcərə dolu düşüb
Bugün, 11:37 GÜNDƏM
-
"Kurtlar Vadisi"nın aktyoru yola sürücü ilə dalaşıb - FOTOLAR
Bugün, 11:08 MƏDƏNİYYƏT
-
Bakı və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb
Bugün, 11:07 CƏMİYYƏT
-
Məşhur futbolçu elə görüntülər paylaşdı ki... - FOTOLAR
Bugün, 10:52 İDMAN
-
Daha iki itkin-şəhidin vida mərasimi keçirilib (Yenilənib)
Bugün, 10:46 CƏMİYYƏT
-
"Fənərbağça"nın qolkiperi "Barselona" ilə anlaşdı
Bugün, 10:30 İDMAN
-
ABŞ-da təyyarə qəzası: 8 nəfər həlak olub
Bugün, 10:09 DÜNYA
-
KAANADA PARÇALANACAQMI? - Neft-qazla zəngin bölgə seçkiyə gedir
Bugün, 10:04 GÜNDƏM
-
Bakıda Belçika müstəmləkəçiliyinə həsr edilən beynəlxalq konfrans keçirilir
Bugün, 09:58 GÜNDƏM
-
Azərbaycan nefti bahalaşıb
Bugün, 09:39 İQTİSADİYYAT
-
"Nec Nijmegen" Ahmetcan Kaplan ilə 4 illlik müqavilə imzalandı
Bugün, 09:06 İDMAN
-
Xankəndi, Xocalı, Ağdərə... - Qarabağ bölgəsinə növbəti köç olub
Bugün, 09:04 GÜNDƏM
-
"Bşiktaş"a uduzan Litva komandasının baş məşqçisi: "Biz artıq özümüzü Konfrans Liqasına hazırlamalıyıq"
Bugün, 00:33 İDMAN
-
Sirrə qədəm qoyan 93 yaşlı 44 ilin prezidenti... - 74 gün sonra ölkəyə döndü
Bugün, 00:16 DÜNYA
-
Unudulmaz duet yenidən bir araya gəlir - Bergüzar Korel Kenan İmirzalıoğlu ilə eyni serialda!
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
Məkkə sazişinin görünməyən tərəfləri: yeni dünya düzəni necə formalaşa bilər? (TƏHLİL)
Bugün, 00:07 SİYASƏT
-
"Qalatasaray" Aleksey Batrakovu açıqladı
Bugün, 00:03 İDMAN
-
Peruda güclü zəlzələ oldu - 7.2 bal gücündə
Bugün, 00:02 DÜNYA
-
Konfrans Liqası: "Qarabağ" səfərdə qalib gəldi - VİDEO (Yenilənib)
20.08.2026, 23:53 İDMAN
-
Avropa Liqası: Türkiyənin iki komandası meydanda, biri uddu, digəri uduzdu (Yenilənir)
20.08.2026, 22:53 İDMAN
-
Türkiyənin bu şəhərində sirli olay: eyni yerdə iki qadın, bir kişi cəsədi tapıldı
20.08.2026, 22:09 DÜNYA
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - VİDEO
20.08.2026, 18:52 GÜNDƏM
-
Avqustun son günləri beş bürc sevinəcək
20.08.2026, 18:14 CƏMİYYƏT
-
Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - VİDEO
20.08.2026, 18:00 İDMAN
-
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...
20.08.2026, 17:52 SİYASƏT
-
Şair İlham Qəhrəmanın AYB ilə çəkişməsi bitmir: kim qalib gəlib?
20.08.2026, 17:39 MƏDƏNİYYƏT