"Qalatasaray" braziliyalı hücumçunu alır - Danışıqlar başlayıb

\"Qalatasaray\" braziliyalı hücumçunu alır - Danışıqlar başlayıb

İDMAN

Bugün, 00:30

 "Qalatasaray" İngiltərənin "Tottenhem" komandasının braziliyalı hücumçusu Riçarlisonla danışıqlara başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Sarı-qırmızılar" 29 yaşlı futbolçudan transfer təklifinə müsbət cavab alıb: "İndisə klublar arasında transfer dəyəri ilə bağlı müzakirə gedir".

Məlumatda o da deyilir ki, brazilyalı hücumçunu keçmiş klubu "Everton" da heyətinə cəlb etmək istəyir: "Bu isə "Tottenhem"in "əli"ni yüksəldir. Klub cəmi bir il müqavilə müddəti qalan hücumçuya minimum  29 milyon avro tələb edir".

Xatırladaq ki, hazırkı komandasında 43 oyun keçirən Riçarlison 12 qol atıb, 5 məhsuldar ötürmə verib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR