Azərbaycan muğam mədəniyyəti Rumıniyada festivalda nümayiş olunub - VİDEO, FOTOLAR

Azərbaycan muğam mədəniyyəti Rumıniyada festivalda nümayiş olunub - VİDEO, FOTOLAR

MƏDƏNİYYƏT

Bugün, 13:17

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan muğam mədəniyyəti Rumıniyanın Maramureş vilayətinin Tsırqu-Lapuş şəhərində keçirilən festivalda nümayiş olunub.

Festival Maramureş vilayəti Gününə həsr edilib.

Bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyindən Mia.az-a bildirilib ki, Rumıniya, Moldova, Ukrayna, Albaniya və Azərbaycandan vokal və rəqs ansambllarının iştirak etdiyi festivalda Azərbaycanı təmsil edən sənətçilər milli musiqi və muğam nümunələrini təqdim ediblər.

Tədbiri Rumıniyanın və iştirakçı ölkələrin dövlət rəsmiləri ziyarət edib.

Tədbirdə iştirak edən Azərbaycan Dövlət Akademik Filarmoniyasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistləri - Televiziya Muğam müsabiqəsinin laureatı xanəndə Rəvanə Qurbanova, kamançada Əməkdar artist Xəyyam Məmmədov və tarzən, ansamblın meneceri Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Elçin Abbasov tədbir təşkilatçıları tərəfindən təltif olunublar. 

Tədbirdə Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR