"Gənclərbirliyi"ndən Lukakuya açıq dəvət: "Gəl bura, gözümüz üstə yerin var"

\"Gənclərbirliyi\"ndən Lukakuya açıq dəvət: \"Gəl bura, gözümüz üstə yerin var\"

İDMAN

Bugün, 00:17

"Gənclərbirliyi" prezidenti Arda Çakmak "Fənərbağça"ya yeni transfer olunan belçikalı hücumçu  Romelu Lukaku haqqında maraqlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Lukakunun atasının vaxtilə "Gənclərbirliyi"ndə oynadığı dövrü xatırladıb.

O, daha sonra Lukakuya yarızarafat mesaj da verib: "İndi özünü burada - "Gənclərbirliyi"ndə görmək istəyirik. Bura gəlmək istəsən, gəl, gözümüz üstə yer var".

Arda Çakmak "Fənərbağça"ya qarşı 2-1 hesablı qələbədən də danışıb:  "Əvvəla, qələbəyə çox sevinirik. "Fənərbağça" liqanın ən güclü komandalarından biridir. Bununla belə, ötən mövsümdən bəri yaxşı qurulmuş heyətimiz var. Hamı "Fənərbağça"nın böyük fərqlə qalib gələcəyini deyirdi. Bilirdim ki, uduzmayacağıq. Qələbə gözlədiyim nəticələrdən biri idi. Üç xalla başlamaq çox vacibdir."

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR