"Heç kimin əlində qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumat yoxdur" - DİM sədrindən xəbərdarlıq
GÜNDƏM
17.08.2026, 14:36
"Hazırda ixtisas seçimi mərhələsindəyik və hələ də seçim etməyən abituriyentlərlə bu proseslə bağlı bir neçə müşahidəmi bölüşmək istəyirəm. İlk tövsiyəm budur: ixtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməyin".
Mia.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi sədri Məleykə Abbaszadə sosial media hesabında yazıb.
Onun sözlərinə görə ki, DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir: "Xidmətin ödənişsiz olması onun yalnız ümumi məlumat verməsi demək deyil. Əksinə, məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında verilir. Bu mərkəzlərdə çalışan əməkdaşlar ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən peşəkarlardır.
Elə buna görə də tövsiyəm budur ki, ilk növbədə rəsmi məsləhət xidmətindən yararlanın, yalnız bundan sonra əlavə dəstəyə ehtiyacınız olub-olmadığına qərar verin.
İxtisas seçiminə başlamazdan əvvəl isə özünüzə bu beş sualı verin:
- Mən, əslində, nə istəyirəm?
- Nəticəm mənə hansı seçimləri etməyə imkan verir?
- Bu ilin statistik göstəriciləri hansı ehtimalları göstərir?
- Seçimimin hansı məsuliyyətini öz üzərimə götürməyə hazıram?
- Əsas seçimim baş tutmasa, alternativim nədir?
Sizə ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də bu sualların cavabını sizinlə birlikdə axtarmalıdır. Çünki ixtisas seçimi, sadəcə, "hara qəbul ola bilərəm?" sualından ibarət deyil. Burada abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır".
Məleykə Abbaszadə əlavə edib ki, heç kim abituriyentə müəyyən ixtisasa qəbul olunacağına zəmanət verə bilməz: "Kimsə sizə "keçid balları ilə bağlı məndə xüsusi məlumat var", "nəticəni əvvəlcədən bilirəm" və ya buna bənzər vədlər verirsə, inanmayın. Qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıqdır və hamı üçün əlçatandır.
Heç kimin əlində digərlərinin çıxışı olmayan "gizli keçid balı" və ya qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumat yoxdur. Abituriyent Məsləhət Mərkəzlərinə təkcə ilk gün ərzində beş mindən çox müraciətin daxil olması da bu xidmətə olan ehtiyacı göstərir. İxtisas seçimi həyatınızın vacib qərarlarından biridir.
Bu qərarı qorxu, tələskənlik və ya zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və öz istəyinizi nəzərə alaraq verin. Əvvəlcə etibarlı və rəsmi mənbədən yararlanın. Ehtiyac qalarsa, bundan sonra digər seçimləri dəyərləndirə bilərsiniz".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı və Abşeronda yağış yağacaq - Xəbərdarlıq
Bugün, 21:04 GÜNDƏM
-
Vəzifədən azad olunan rəis nazirin müşaviri oldu
Bugün, 18:43 CƏMİYYƏT
-
Şahin Mustafayev İran rəsmisi ilə telefonda danışıb - Nələr müzakirə edilib?
Bugün, 18:01 SİYASƏT
-
“Fənərbaxça”nın prezidenti və qızı Bakıda - Prezident və xanımı ilə görüşüblər + FOTO
Bugün, 17:15 GÜNDƏM
-
Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirildi - VİDEO, FOTOLAR
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev və birinci xanım Hərbi Dəniz Qüvvələrində - FOTOLAR
Bugün, 15:09 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:52 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Krala məktub göndərdi - MƏTN
Bugün, 12:00 GÜNDƏM
-
Sabiq nazirin daha bir bahalı evi yarı qiymətə satışa çıxarılıb
Bugün, 11:40 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 10:08 CƏMİYYƏT
-
Ağdamda traktor minaya düşüb (Yenilənib)
Bugün, 09:42 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 KRİMİNAL