“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib - Şok ittihamla

“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib - Şok ittihamla

İQTİSADİYYAT

Bugün, 13:55

“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin pozulmasına görə cərimələnib.

Məlumata görə, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 4 min manat məbləğində cərimə edilib.

Məlumata əsasən, Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində “Xalq Kapital”da cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.

Bununla əlaqədar şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələri əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən 4 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, “Xalq Kapital İnvestisiya Şirkəti” 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 420 min manatdır və kapitalının 100%-i “Xalq Bank” ASC-yə məxsusdur/plat.az.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR