Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısındakı civəli termometr bərpa olunub

Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısındakı civəli termometr bərpa olunub

CƏMİYYƏT

Bugün, 10:17

Paytaxt sakinlərinin müraciətləri nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısında yerləşən civəli termometr bərpa edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub. Termometr müstəqillik illərində də orada olub, lakin sonrakı dövrdə buradan götürülüb.

 Termometrin bərpası yalnız nostalji xarakter daşımır. Bu addım Bakının şəhər yaddaşının qorunması, keçmişdən qalan simvolların müasir şəhər mühitinə uyğun şəkildə yaşadılması baxımından da diqqət çəkir.

 Dünyanın bir sıra məşhur paytaxt və böyük şəhərlərində küçə termometrlərindən istifadə geniş yayılmış şəhər ənənələrindəndir. Hazırda Bakıda isti hava şəraitinin hökm sürdüyü bir vaxtda civəli termometrin yenidən əvvəlki yerində quraşdırılması buradan keçən sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR