Rəsmilər Mia.az-a danışır: ““Qarabağ” olmasaydı, “Sabah” belə tez inkişaf etməzdi” - VİDEO
İDMAN
Bugün, 12:52
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış edən “Sabah” dünən Masazırda cavab oyununu keçirib.
Mia.az xəbər verir ki, səfərdə keçən ilk qarşılaşmada “Orxus”a (Danimarka) 1:2 hesabla məğlub olan Masazır təmsilçisi cavab oyununda rəqibə futbol “dərs”i keçib: 4-0
Bununda da masazırlılar Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib. “Sabah” Pley-offda “Srvena Zvezda” (Serbiya) - “Hapoel” (Ber-şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Dünən axşam Masazır əhlinə və stadiona toplaşan 8600 nəfərə futbol “ziyafət”i ilə bayram yaşadan oyunu həmçinin VİP tribunalardan tanınmış şəxslər, məmurlar, nazirlər izləyib.
Onlardan bəziləri mia.az-ın əməkdaşının suallarına cavab verərək oyuna dair təəssüratlarını bölüşüb.
Oyunu izləyənlər arasında Gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-dən Aslan Şahgəldiyev və Elgiz Abbasov, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov və digərləri vardı. VİP arenada oyunu izləyənlər arasında iqtisadiyyat naziri Mikayıl Cabbarov da olub.
C.Fərəcullayev oyunla bağlı danışmaq istəməsə də, millinin baş məşqçisi A.Abbasov bildiribi ki, “Sabah” möhtəşəm oyun keçirib və “ümid edir ki, Çempionlar liqasının qrup mərhələsinə düşəcək”.
Nazir Fərid Qayıbov mia.az-a açıqlamasında “Sabah”ı təbrik edib.
“Sabah”ın müşahidə şurasının üzvü İqor Ponomaryovun sözlərinə görə, komandanın qarşıdakı oyunlarının harada keçirilməsi ilə bağlı hələ tam qərar verilməyib: “Pley-off yəqin ki, T.Bəhramov adına stadionda olacaq. Amma liqa mərhələsinin oyunlarının yeri barədə müzakirə olmalıdı”.
İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov bildirdi ki, “Sabah”ın qələbəsinə təkcə komandanın öz azarkeşləri yox, bütün futbol ictimaiyyəti sevinir: “Düşünürəm ki, “Sabah” liqa mərhələsinə düşməkçün əlindən gələni edəcək”.
“Sabah”ın prezidenti, AFFA Klublar komitəsinin sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov mia.az -ın sualına cavabında “Sabah”ın uğurlarının ictimaiyyətdə birmənalı qəbul edilməməsinə dair rəngli fikirlərin sahiblərinə bunları deyib:
- Uzun illərdi, “Qarabağ”ın çempionatda bir dominantlığı vardı və “Sabah” o streotipləri, o tabunu qırdı. Sizcə, bu, digər klublarımız üçün stimul olacaqmı?
- “Qarabağ” mənimçün möhtəşım klubdu. Biz hamımız Avrokubok oyunları zamanı ona azarkeşlik etmişik. Onlar 12 ildi, Avropada Azərbaycanı uğurla təmsil edir. Mən həmişə deyirəm ki, ola bilsin, “Qarabağ” olmasaydı, “Sabah” belə tez inkişaf etməzdi. Çünki önümüzdə həmişə “Qarabağ”ı görürdük və çalışırdıq, onlardan yaxşı olaq. Bu, normal bir istəkdi. Mən düşünürəm ki, Premyer Liqada bütün klublar çempion olmaq istəyir. Sadəcə, uğurun formulu yoxdu. Bəzən işini peşəkar görməyə çalışırsan, bəzən də baxırsan ki, alınmır. İldən-ilə başa düşürdük ki, bizdə hansısa nəticələr var. Yol çətindi, amma geri çəkilmək olmaz.
- Bəs “Sabah”ı bu yolda qısqanan və şübhəylə yanaşan adamlara indi nə demək istəyərdiniz?
- Mən inanmıram ki, hansısa azərbaycanlı Azərbaycan klubuna dəstək olmaq istəməsin və onun nəticələr əldə etməsinə qarşı olsun. Biz həmişə deyirik ki, ölkəmizə, azərbaycanlılara, Azərbaycan klublarına ürəyimizdə sevgi olmalıdı. İndi də bu yolla irəliləyirik. Mən inanmıram və inanmaq istəmirəm ki, ölkəmizdə “Sabah”ın irəli getməsini istəməyənlər də var.
Zülfiyyə Mustafayeva
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Keçmiş deputata kələk gəliblər - Biznes qurmaq istəyirmiş...
Bugün, 15:26 SİYASƏT
-
Mərkəzi Bank yeni binaya köçdü, bəs köhnə necə olacaq? - AÇIQLAMA
Bugün, 15:12 İQTİSADİYYAT
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı - DİM açıqlama yaydı (Yenilənib)
Bugün, 14:59 GÜNDƏM
-
Ukrayna NATO-dan kömək istəyib - Minalarla bağlı
Bugün, 14:49 DÜNYA
-
İsrail Livanda məktəb və binaları bombalayıb
Bugün, 14:22 DÜNYA
-
Pakistan açıqladı: "ABŞ və İran atəşkəsin daha 60 gün uzadılmasına razılaşdı"
Bugün, 14:14 GÜNDƏM
-
Prezident İlham Əliyev Naxçıvandan hansı mesajları verdi? - TƏHLİL
Bugün, 14:03 SİYASƏT
-
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
Bugün, 13:53 CƏMİYYƏT
-
Lənkəranda meşədə iki nəfərin meyiti tapılıb - Prokurorluq araşdırmaya başlayıb (Yenilənib)
Bugün, 13:30 CƏMİYYƏT
-
Parlament idarəçiliyində yeni mərhələ: Deputatların səlahiyyətləri artırılır?
Bugün, 13:07 SİYASƏT
-
Şairlər ölmür, Allahın yanına qalxırlar...
Bugün, 12:54 PRESS
-
Rəsmilər Mia.az-a danışır: ““Qarabağ” olmasaydı, “Sabah” belə tez inkişaf etməzdi” - VİDEO
Bugün, 12:52 İDMAN
-
Rayonlarda leysan olacaq - Sabahın hava proqnozu
Bugün, 12:45 CƏMİYYƏT
-
Xalq artisti elə dəyişdi ki... - VİDEO
Bugün, 12:32 MƏDƏNİYYƏT
-
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər tutulub
Bugün, 12:18 KRİMİNAL
-
Müğənni Fədayə Laçın: "Onu dəvət etməyə utandım"
Bugün, 12:09 ŞOU-BİZNES
-
Müğənni Manaf: "40 illik stajım var, mənə qadağa qoyulmaz"- "İndi seçmə toylara gedəcəyəm"
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Şimali Koreya Yapon dənizinə yeni raket fırlatdı - Qonşu ölkə narahat oldu
Bugün, 11:58 DÜNYA
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
Bugün, 11:37 CƏMİYYƏT
-
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb
Bugün, 11:30 CƏMİYYƏT
-
Baş konsul səfir təyin edildi - SƏRƏNCAM
Bugün, 11:28 GÜNDƏM
-
Prezident daha bir ölkədəki səfiri geri çağırdı - Yeni təyinat
Bugün, 11:21 GÜNDƏM
-
Zakir Həsənov Naxçıvanda ordumuzun döyüş qabiliyyətini yoxladı - FOTOLAR
Bugün, 11:02 GÜNDƏM
-
Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - VİDEO
Bugün, 10:57 ŞOU-BİZNES
-
“Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
Bugün, 10:47 KRİMİNAL
-
Çempionlar Liqası: "Fənərbağça"nın yeni rəqibi bəlli olub
Bugün, 10:32 İDMAN
-
SOCAR Dayanıqlılıq Hesabatını dərc edib
Bugün, 10:28 İQTİSADİYYAT
-
PREZİDENT NAXÇIVANLA BAĞLI MÜHÜM SƏRƏNCAM İMZALADI: ümumilikdə 258 milyon manat ayrıldı - DETALLAR
Bugün, 10:25 GÜNDƏM
-
Liviyada toqquşma şiddətlənir, Baş nazir silahlı dəstələri hədələdi: "Hücumlar cəzasız qalmayacaq"
Bugün, 10:18 DÜNYA
-
Daha 37 nəfər Almaniyadan Azərbaycana geri göndərilib
Bugün, 10:13 SİYASƏT
-
İsrail Ordusu Ramallah ətrafında yeni əməliyyatlara başlayıb
Bugün, 10:06 DÜNYA
-
"Beşiktaş" Duşan Vlahoviç ilə razılaşdı - 3 illik müqavilə imzalanacaq
Bugün, 09:57 İDMAN
-
Tramp Türkiyədən dönərkən həyatına qəsd ehtimalının varlığını təsdiqlədi: "Bir çox fərqli mənbələrdən təhdidlər alıram" - "Məxfi Xidmət nə desə, onu da edirəm"
Bugün, 09:49 GÜNDƏM
-
ABŞ lideri: "Onlar mənə daim yalan danışıblar"
Bugün, 09:41 DÜNYA