Qaraçuxurda tikinti şirkəti küçəni iki yerə bölüb - Sakinlər şikayət edir, dinləyən yoxdur (FOTO)

 Qaraçuxurda tikinti şirkəti küçəni iki yerə bölüb - Sakinlər şikayət edir, dinləyən yoxdur (FOTO)

CƏMİYYƏT

Bugün, 09:05

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə icra nümayəndəliyinin və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin yerləşdiyi küçənin sakinləri Prezident İlham Əliyevə müraciət ediblər.

Bu barədə Mia.az-a məlumat verən sakinlər deyir ki, bir neçə ildir ərazidə yaşayış binaları tikən "Günəş" MTK"-nın rəhbərliyi onların həyatını "cəhənnəmə" çevriib.

Sakinlər deyir ki, ağırtonnajlı yük maşınları gecə-gündüz demədən ərazidə səs-küy yaradır, yetmir, küçə hasarlanır: "Təxminən 5-7 ay əvvəl şirkət küçəmizin bir hissənini ortadan iki yerə bölərək hasarladı. Bu barədə sakinlər şirkət rəhbərliyindən dövlət qurumlarına şikayət etdikdən sonra küçəni bölmə prosesi yarıda saxlanıldı, lakin sökülmədi. Dünəndən isə yenidən küçənin qalan hissəsinin iki yerə bölünməsinin tamamlanmasına start veriblər. Bu barədə yenidən müvafiq dövlət qurumlarına şikayətlər olundu, teleqramlar vuruldu. Lakin şirkət rəhbərliyi "Bizə Bakı və rayon icra hakimiyyətləri icazə verib" deyirlər. Biz anlaya bilmirik, onlara yaşayış binasının tikintisinə icazə verilib, yoxsa yolkəsənliyə?".

Xatırladaq ki, həmin küçədə iki nəvəsi şəhid, iki nəvəsi qazi olan ailələr də yaşayırlar. Onlar da şirkətdən rəsmi qurumlara şikayət edərək kömək istəyiblər.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR