İran boğazın açılmasının ABŞ-dan asılı olduğunu deyir: "Əgər bizə qarşı blokadanı davam edərsə..."

İran boğazın açılmasının ABŞ-dan asılı olduğunu deyir: \"Əgər bizə qarşı blokadanı davam edərsə...\"

DÜNYA

Bugün, 15:10

"ABŞ hazırkı siyasətini və dəniz blokadasını davam etdirərsə, Hörmüz boğazı təhlükəsiz keçid olmayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ənənəvi həftəlik mətbuat konfransında sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, Hörmüz boğazı ilə bağlı Omanla aparılan danışıqların gedişatı Vaşinqtondan aslıdır.

O, Omanla danışıqlarda Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınması məsələsinin müzakirə olunmadığını da sözlərinə əlavə edib: "Omanla konstruktiv danışıqlarda irəliləyiş var. Lakin əgər ABŞ hazırkı siyasətini və dəniz blokadasını davam etdirərsə, bunun hər hansı mənası qalmayacaq. Yəni, Hörmüz boğazı təhlükəsiz keçid olmayacaq. Təbii ki, biz bu blokadanın qarşısını almaq üçün təkcə diplomatiyadan deyil, hərbi variantlardan da istifadə etməyə məcbur qalırıq. Bilirsiniz ki,  Minab, Lamerd və Hörmüz bölgələrinin əhəmiyyəti son bir neçə ayda ön plana çıxdı. Hər üçn bölgədə ABŞ və İsrailin  müharibə cinayəti var. Bunlar gözardı edilə bilməz. Biz bu məsələləri müvafiq beynəlxalq qurumlara çatdırmışıq"

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR