Kosmetoloqla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub - Nazirlik açıqladı
CƏMİYYƏT
Bugün, 11:20
Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən kosmetoloqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Mia.az xəbər verir ki, bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.
Bildirilib ki, kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyəti ilə bağlı AEM-ə daxil olmuş vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə araşdırma və plandankənar yoxlama həyata keçirilib.
Diqqətə çatdırılıb ki, Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının lisenziya tələb olunan özəl tibb fəaliyyət növünü müvafiq lisenziya olmadan həyata keçirməsi ilə bağlı vətəndaş müraciəti əsasında AEM tərəfindən araşdırma aparılıb və 08.05.2025-ci il tarixində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı Elnarə Canlının lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji fəaliyyət) ilə məşğul olması müəyyən edilib:
"Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 08.05.2025-ci il tarixli, MN 2156869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, qanunvericiliyə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.
Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılmış məlumatlar əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib və İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22.12.2025-ci il tarixli, MN 2406895 və 20.02.2026-cı il tarixli, MN 2407064 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək qanunvericiliyə uyğun olaraq növbəti icraata göndərilib.
Sonuncu yoxlama zamanı fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.
AEM tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilmiş yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziya olmadan kosmetoloji fəaliyyətini davam etdirməsi müəyyən edilib. Bununla əlaqədar onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi bu ilin 13 mart tarixində Baş Prokurorluğa müraciət edilib.
Beləliklə, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanına da müraciət edilib".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 12:23 CƏMİYYƏT
-
Hindistanda daşqın: 100-dən çox ölən var
Bugün, 12:04 DÜNYA
-
Şimali Koreya Rusiyaya 50 min hərbçi və 120 ballistik raket yerləşdirir - Zelenskidən açıqlama
Bugün, 11:54 GÜNDƏM
-
Nazir müavini: "Çingiz Əlioğlu yarım əsrdən çox Azərbaycan ədəbiyyatına xidmət edib"
Bugün, 11:39 MƏDƏNİYYƏT
-
Yazıçı Anar: "Onunla möhkəm dostluğumuz olub..."
Bugün, 11:33 MƏDƏNİYYƏT
-
Kosmetoloqla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub - Nazirlik açıqladı
Bugün, 11:20 CƏMİYYƏT
-
Litvanın Baş naziri İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Bugün, 11:13 GÜNDƏM
-
Prezident İlham Əliyevdən Məsud Pezeşkianın sözlərinə reaksiya: "Sizə təşəkkür edirəm, Azərbaycan və İran xalqları dar və çətin günlərdə..." - VİDEO
Bugün, 11:01 GÜNDƏM
-
İcra başçısının sürücüsü qəzada ölüb
Bugün, 10:38 CƏMİYYƏT
-
Türk futbolçunun evi soyulub - 250 min avroluq bahalı saat və qızıl aparılıb
Bugün, 10:29 İDMAN
-
Rusiya ilə Ukrayna arasında müharibə şiddətlənib - Rusların hücumuna ukraynalılar Tatarıstana zərbə ilə cavab verdi
Bugün, 10:26 GÜNDƏM
-
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir
Bugün, 10:13 İQTİSADİYYAT
-
Məkkə Sazişi sınanır, yoxsa...? - Səudiyyə Ərəbistanına ard-arda yeni hücumlar başlayıb
Bugün, 10:09 GÜNDƏM
-
Cənubi Afrikada eyni şəhərdə üç ayrı silahlı insident: 11 nəfər öldürüldü, polis cinayətklarların yerini deyənlərə mükafat vədi verdi
Bugün, 10:04 DÜNYA
-
Çində fırtına: bir milyondan çox insan təxliyə edildi
Bugün, 09:49 DÜNYA
-
Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq
Bugün, 09:47 MƏDƏNİYYƏT
-
İran-ABŞ gərginliyi: Tehran boğazın açılması üçün təzminat və 6 yeni şərt irəli sürüb, Tramp isə prosesi uzadır
Bugün, 09:27 GÜNDƏM
-
Şamaxıda muaytay üzrə klublararası Dəmir Yumruq turniri keçirilib - FOTOLAR
Bugün, 09:19 İDMAN
-
PSJ Lukas Din ilə müqavilə imzaladı
Bugün, 09:11 İDMAN
-
Kılıçdaroğludan "Çərçivə Qanunu"na reaksiya: "Tərəddüdsüz dəstək verəcəyik" - "Qardaşlıq güclənərsə, Türkiyə güclənər"
Bugün, 08:57 SİYASƏT
-
Tramp "İran iqtisadi cəhətdən çox pis vəziyyətdədir" deyir: "Bu, şahmat oyunu kimidir"
Bugün, 01:03 GÜNDƏM
-
"UltrAslan" azarkeş qrupunun lideri saxlanıldı - Evdən nələr çıxmadı ki? (FOTO)
Bugün, 00:55 İDMAN
-
"Fənərbağça"nın 36 yaşlı keçmiş futbolçusu məşhur klubla yeni müqavilə imzaladı
Bugün, 00:40 İDMAN
-
Pakistan XİN başçısı: "Məkkə sazişi heç bir ölkəyə qarşı deyil, əksinə, regiondakı bütün ölkələrə açıqdır"
Bugün, 00:21 GÜNDƏM
-
Ərdoğanın müavinindən Baxçalının Öcalan və Dəmirtaşla bağlı çağırışına - Reaksiya
Bugün, 00:13 SİYASƏT
-
Salah "Trabzonspor" 3 günə bu qədər pul qazandırdı
Bugün, 00:07 İDMAN
-
34 yaşlı hakim dənizdə boğulub
Bugün, 00:06 İDMAN
-
Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri - TƏHLİL
09.08.2026, 23:38 SİYASƏT
-
Şamaxı Muay Tay klubuna direktor və Baş məşqçi təyin olunub - FOTO
09.08.2026, 23:21 İDMAN
-
Bakı Neft Terminalı ərazisindəki yanğın söndürüldü - VİDEO (Yenilənib )
09.08.2026, 19:12 GÜNDƏM
-
Sabah güclü külək olacaq - Xəbərdarlıq
09.08.2026, 18:04 GÜNDƏM
-
Çingiz Əlioğlu vəfat etdi - Nazirlik açıqlama yaydı (Yenilənib)
09.08.2026, 14:35 MƏDƏNİYYƏT
-
Bakıda magistral yolda qaçan cins atlar kimindir? - VİDEO
09.08.2026, 12:28 CƏMİYYƏT
-
Sabah hava yağışlı olacaq
09.08.2026, 12:21 CƏMİYYƏT