PSJ Lukas Din ilə müqavilə imzaladı

PSJ Lukas Din ilə müqavilə imzaladı

İDMAN

10.08.2026, 09:11

fransanın PSJ klubu "Aston Villa"dan ayrılan fransız sol cinah müdafiəçisi Lukas Din ilə müqavilə imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir  ki, 33 yaşlı futbolçu keçmiş klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb və 12 nömrəli formanı geyinəcək.

2022-ci ilin yanvar ayında "Aston Villa"ya keçən fransız futbolçu, Unay Emerinin rəhbərliyi altında komandanın əsas oyunçularından birinə çevrilib.

Din "Villa"da 182 oyun keçirib, 4 qol vurub və 24 məhsuldar ötürmə edib.

Təcrübəli oyunçu həmçinin "Aston Villa"nın 2026-cı ildə UEFA Avropa Liqasında qələbə qazanmasında da mühüm rol oynayıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR