"ADY-nin saytında, ümumiyyətlə, Ağdam adı çıxmır, ancaq..." - "Bu ayrıseçkiliyin səbəbini izah etsələr, biz də öz yerimizi bilərdik"

\"ADY-nin saytında, ümumiyyətlə, Ağdam adı çıxmır, ancaq...\" -  \"Bu ayrıseçkiliyin səbəbini izah etsələr, biz də öz yerimizi bilərdik\"

CƏMİYYƏT

Bugün, 11:44

"İyunda Ağdama bilet almaq istəyirdim. ADY-nin (Dövlət Dəmir Yolları QSC) saytında, ümumiyyətlə, Ağdam adı çıxmadı. Bu gün yenə yoxladım, eyni vəziyyətdir. Amma tur şirkətlər hər gün Qarabağa turlar üçün elanlar paylaşırlar, Ağdam vağzalından videolar atırlar".

​​​​​​​Mia.az xəbər verir ki, bunu jurnalist Fərqanə Allahverdiqızı həmkarlarından birinin payaşımında yazdığı şərhdə bildirib.

Onun sözlərinə görə, ən azı hər həftəsonu 1və ya 2 günlük turlar təşkil olunur və turistlər qatarla Ağdama gedir: "Bu ayrıseçkiliyin səbəbini izah etsələr, biz də öz yerimizi bilərdik".

Qeyd edək ki, bir neçə gündür ADY rəhbərliyinin tür şirkətləri ilə sövdələşərək alverə girdikləri və nəticədə bilet satışı probleminin pik həddı çatması barədə etirazlar kütləviləşib.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR