"Bu beyinlə idarəçilik olmamalıdır" - Partiya sədri ADY rəhbərliyinin yarıtmaz idarəçiliyini "yıxıb-sürüdü"
SİYASƏT
07.08.2026, 10:36
Azərbaycan Dəmir Yolları (ADY) QSC ilə bağlı narazılıq və şikayətlər artmaqda davam edir. Gürcüstana qatarla səfər edən vətəndaşlar geri dönüş bileti ala biləcəklərinə əmin edildiyi halda bilet tapa bilmədiklərini, nəticədə isə yüksək qiymətə təyyarə bileti almağa məcbur qaldıqlarını bildirirlər. Onların sözlərinə görə, bu vəziyyət sərnişinlərin əlavə xərcə düşməsinə səbəb olur. Qeyd olunur ki, bu məhz insanların artıq xərcə düşməsi üçün məqsədli şəkildə edilir.
Mia.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, bu məsələlərin məqsədli və ya qeyri-məqsədli olmasından asılı olmayaraq görünən odur ki, ADY sərnişin sıxlığının öhdəsindən gələ bilmir və bununla bağlı da çıxış yolları tapmaqda aciz qalıb.

O qeyd edib ki, ADY müəyyən etdiyi fantastik qiymətlərdə belə sərnişinlərin tələbatlarına cavab verə bilmir: “Yəni dünyanın hər yerində bilinir ki, zamanla, fəsillə və ya hər hansısa tədbirlərlə bağlı olaraq nə zaman sərnişin sıxlığı və ya azlığı yarana, rentabelli və ya rentabelsiz ola bilər. Yəni adi işləri də təşkil edə bilmirlərsə, dəmir yolu rəhbərliyi ən yaxşı halda istefa verib getsinlər. Pandemiyadan sonra dəmir yolları tam açılmayıb... Fəaliyyətinə baxsaq, sərnişin daşımaçılığı aşağı-yuxarı bir Gürcüstan istiqamətinədir, onu da təşkil edə bilmirlər...
Böyük bir dövlət, şəbəkə olsaydıq, dəmir yolları xətləri olsaydı, onu necə idarə edəcəkdilər?
İşləri gücləri ancaq yük daşımaqdır, yük gətirsinlər, aparsınlar və oradan şəxsi maraqlarını təmin etsinlər. Söhbət biletlərin çatışmazlığı, sistemdə görünüb-görünməməsi, burada kiminsə maraqlı olması məsələsidirsə, bunun özünü belə monitorinq edəcək qurumlar olmalıdır. Özləri bunu monitorinq, analiz, təftiş etməlidirlər. Lazım gələrsə, qanun pozuntusu varsa prokurorluğa, aidiyyatı qurumlara müraciət etməlidirlər. Bunların hamısı onların məsələsidir. Sadə vətəndaşlar, jurnalistlər, siyasətçilər müzakirə etməli deyil. Dəmir yollarının işi budur – sərnişin, vətəndaş məmnuniyyətini təşkil etməkdir”.
T.Abbaslı vurğulayıb ki, hazırda bir çox dövlət qurumlarının fəaliyyəti SSRİ prinsipləri üzərində qurulub: “Məsələn, o zaman SSRİ-nin avtomobil sənayesi 3-4 növ maşın istehsal edirdi. Bildirilirdi ki, maşınlar budur, istəyirsiniz alın, istəmirsiniz almayın. Yəni təəssüflə qeyd etməliyik ki, hazırda çoxlarının iş prinsipi budur: “Olan budur, biletin qiyməti budur istəyirsən, al və ya alma... Xidmət belədir”.
Bu beyinlə idarəçilik olmamalıdır. Sovetin onsuz da sonunu bu düşüncə gətirdi. İnsanların seçim azadlığı, xidmət anlayışı yox idi. Bu baxımdan da Azərbaycan Dəmir Yollarına müraciət edirəm ki, müasir texnika və texnologiya zamanında lazımdırsa, gedin alın. Müzakirə etsinlər, yoxsa bəhanə yaratmaq asandır, jurnalistlərə ümumi sözlər deyək, siyasətçilərə ümumi cavablar deyib, yola verək... Yola vermə siyasətini kənara qoyub xidmət etməyə başlamaq lazımdır”.
Qeyd: “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, qurumun Sərnişin daşımaları departamentinin müdiri Azər Fərəcovdur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident sükan arxasında - VİDEO
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Badamdarda evdə partlayış olub, bir nəfər xəsarət alıb
Bugün, 16:54 CƏMİYYƏT
-
Səlçuk Bayraktar paylaşdı - AKINCI-dən atılan SUNGUR raketi hədəfi dəqiqliklə vurdu (VİDEO)
Bugün, 16:33 GÜNDƏM
-
Domeniko Tedesko 4 oyun sonra istefaya göndərildi
Bugün, 16:21 İDMAN
-
Şahin Mustafayev Federasiya prezidenti seçilib
Bugün, 16:06 İDMAN
-
"Leytenant" rütbəsi ilə bağlı hərbi qanunlar dəyişir - DETALLAR
Bugün, 16:05 GÜNDƏM
-
Prezident deputatı təltif etdi - Sərəncam
Bugün, 15:59 GÜNDƏM
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
Bugün, 15:47 GÜNDƏM
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb
Bugün, 15:29 CƏMİYYƏT
-
"Siz videoda butulka görürsünüz?" - Baləli ilə meyxanaçı toyda dalaşıblar
Bugün, 15:22 ŞOU-BİZNES
-
"Qalatasaray" 30 milyon avroya aldığı futbolçunu yola salmaq üçün yol axtarır
Bugün, 15:06 İDMAN
-
Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif olunub
Bugün, 14:57 DÜNYA
-
“Veysəloğlu” MMC Azərbaycanda ilk dəfə “BRCGS Storage and Distribution” sertifikatını əldə edib (FOTO)
Bugün, 14:44 İQTİSADİYYAT
-
Əhdiman və dostu sərbəst buraxıldı
Bugün, 14:27 KRİMİNAL
-
Azərbaycanda internet tarifləri artırılır
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır
Bugün, 14:08 MƏDƏNİYYƏT
-
Havvaxanım Rüstəmovaya hökm oxundu
Bugün, 13:36 KRİMİNAL
-
Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
Bugün, 13:25 SİYASƏT
-
"Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlanıb
Bugün, 13:13 İDMAN
-
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub
Bugün, 13:07 İQTİSADİYYAT
-
İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi
Bugün, 12:58 DÜNYA
-
ABŞ ordusu yanacaq qaçaqmalçılarına qarşı əməlyyat keçrdi - Tanker batırıldı
Bugün, 12:58 DÜNYA
-
Cavid Qurbanovun əmisi oğlu nədə ittiham olundu? - Məhkəmə hökm çıxardı
Bugün, 12:41 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq? - Samir İsmayıldan açıqlamalar
Bugün, 12:25 İQTİSADİYYAT
-
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
Mourinyo: "Arda Gülər vazkeçilməz deyil"
Bugün, 12:00 İDMAN
-
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib - MƏTN
Bugün, 11:53 GÜNDƏM
-
İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bugün, 11:53 SİYASƏT
-
Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara "hə" dedi
Bugün, 11:39 GÜNDƏM
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Bugün, 11:32 GÜNDƏM
-
Lionel Messi bu matçla milli komanda ilə vidalaşacaq
Bugün, 11:22 İDMAN