Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR

Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR

CƏMİYYƏT

Bugün, 14:45

Nəsimi Rayon İcra Hakimiyyətində rayon ağsaqqalları ilə görüş keçirilib.

Mia.az xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, Əməkdar Elm Xadimi Vaqif Şadlinski, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi Bələdiyyəsinin rəhbərliyi iştirak ediblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ağsaqqallar həmişə cəmiyyətin mənəvi dayağı, müdrikliyin və yolgöstərənliyin rəmzi olub. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu prosesində milli-mənəvi dəyərlərin qorunmasına, xüsusilə ağsaqqalların həyat təcrübəsinə və ictimai nüfuzuna daim böyük önəm verib.
Diqqətə çatdırılıb ki, Ulu Öndər ağsaqqalları yalnız yaşlı nəslin nümayəndələri kimi deyil, xalqın tarixi yaddaşını, adət-ənənələrini və milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürən əsas qüvvə kimi qiymətləndirib. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə mütəmadi olaraq ağsaqqallarla görüşlər keçirib, onların fikir və təkliflərini dinləyib.
Bildirilib ki, Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti yeni mərhələyə qədəm qoyub, yerli təşkilatların formalaşdırılmasına başlanılıb və qurumun cəmiyyətimizin həyatındakı rolu daha da möhkəmləndirilib. Ağsaqqallar milli-mənəvi dəyərlərimizin daşıyıcıları kimi dəyərləndirilərək gənc nəslin tərbiyəsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və xalq-iqtidar birliyinin qorunmasında mühüm qüvvə hesab olunublar.
Vurğulanıb ki, ağsaqqallara ehtiram ənənəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Qeyd olunub ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarından biri olan Nəsimi Rayon Ağsaqqallar Şurası rayonun ictimai həyatında fəal iştirak edir, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və ziyalılarla səmərəli əməkdaşlıq qurur.
Çıxış edən Vaqif Şadlinski bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində də yeni inkişaf mərhələsi başlanıb, yerli təşkilatlar yaradılıb və qurumun fəaliyyəti daha da gücləndirilib.
Bildirilib ki, Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir, gənc nəslin milli-mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə və dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirirlər. Ağsaqqallar eyni zamanda zəngin həyat təcrübələrini gənclərlə bölüşərək onların vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verirlər.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 iyul tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Milix İlxananoviç Yevdayevə xatirə hədiyyəsi təqdim olunub.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək M.Yevdayevin uzun illər ərzində azərbaycançılıq ideologiyasına sadiq fəaliyyəti, milli birliyin möhkəmləndirilməsi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də dövlətçilik ənənələrinin təbliği istiqamətində mühüm xidmətlər göstərdiyini bildirib, ona təbriklərini çatdırıb.
Çıxış edən Milix İlxananoviç Yevdayev bildirdi ki, o daim ölkəmizdə milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənələrin qorunması və inkişafı istiqamətində öz biliyini və təcrübəsini əsirgəməmişdir. Yüksək təltifə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirərək gələcəkdə də bu istiqamətdə öz fəaliyyətini davam etdirəcəyini qeyd etmişdir.
Tədbirin sonunda I Qarabağ Müharibəsində şəhid olmuş Natiq və Azər Novruzovlar qardaşlarının anası Lətifə Novruzovaya rayon Ağsaqqallar Şurasının üzvlük vəsiqəsi təqdim olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR