Mikayıl Cabbarov: "Kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb"

 Mikayıl Cabbarov: \"Kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb\"

İQTİSADİYYAT

Bugün, 15:43

"Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR Karbamid" zavodu qabaqcıl texnologiyalar və yerli mütəxəssislərin peşəkarlığı sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir".

Mia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov sosial media səhifəsində yazıb.

O bildirib ki, 2023-cü ildə SOCAR ABŞ-nin "McKinsey" şirkəti ilə strateji tərəfdaşlığı çərçivəsində başlanılan və iki il yarım davam edən "SOCAR Karbamid" zavodunda rəqəmsal transformasiya süni intellektin, rəqəmsal platformaların və innovativ texnoloji həllərin əməliyyatların modernləşdirilməsində yaratdığı böyük potensialı nümayiş etdirir: ""EnergyAI" platforması, proqnozlaşdırıcı texniki xidmət və müəssisənin ehtiyaclarına uyğunlaşdırılmış rəqəmsal həllər, eyni zamanda SOCAR Rəqəmsal Akademiyası vasitəsilə kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb.

Enerji səmərəliliyi, eləcə də əməliyyatların etibarlılığı yüksəldilib, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına dəstək verilib. Bu transformasiyanın "McKinsey" şirkətinin rəsmi internet səhifəsində yer alması bir daha onun qlobal əhəmiyyətini göstərir". 

Nazir əlavə edib ki, bu təşəbbüs SOCAR-ın rəqəmsal transformasiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərə əsaslanır: "Şirkətin Dünya İqtisadi Forumunun (World Economic Forum) "Digital Lighthouse" statusuna üç dəfə layiq görülməsi onu sənaye sahəsində rəqəmsal innovasiyalar üzrə seçilən qlobal liderlər sırasında qərarlaşdıran əhəmiyyətli göstəricidir. "SOCAR karbamid"də qazanılmış təcrübə isə SOCAR-ın digər fəaliyyət istiqamətlərinin, eləcə də Azərbaycanın sənaye sektorunun rəqəmsal transformasiyası üçün daha geniş miqyasda tətbiq edilə bilən uğurlu model təqdim edir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR