Tovuz sakini 66 yaşlı bibisini fermada güllələyib (Yenilənib)

Tovuz sakini 66 yaşlı bibisini fermada güllələyib (Yenilənib)

KRİMİNAL

Bugün, 14:39

Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib.

Tovuz Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 6-da rayonun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyiti aşkarlanıb.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu M.İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

Tovuz rayonunda silahlı insident baş verib.

Məlumata görə, hadisə rayonun Əlimərdan kəndinin ərazisində yerləşən fermada qeydə alınıb.

İlkin məlumata görə, Ülvi İsayev bibisi, 1960-cı il təvəllüdlü Məlahət İsayevanı odlu silahla qətlə yetirib.

Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR