Azərbaycanlı yük sürücülərinə Gürcüstan gömrüyü niyə problem yaradır? - XİN-ə nota göndərildi (AÇIQLAMALAR)
GÜNDƏM
Bugün, 10:48
Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildirirlər.
Mia.az xəbər verir ki, Report-un Gürcüstan bürosu sözügedən vəziyyətlə maraqlanıb.
Sürücülər əsasən "Sarp" və "Qırmızı Körpü" sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözlədiklərini deyirlər.
Sürücü Teymur Sultanovun sözlərinə görə, Batumiyə qədər hərəkət zamanı heç bir problemlə üzləşməyib. Lakin "Sarp" sərhəd-keçid məntəqəsində avtomobili saxlanılıb, pasportu, sürücülük vəsiqəsi və digər sənədləri götürülüb.
"Artıq 15 gündür gömrük ərazisindəyəm. Bizə sadəcə "gözləyin" deyirlər. Səbəbini soruşanda cavab vermirlər. Sənədlərdə, yükdə və ya çəkidə hansı problemin olduğunu heç kim izah etmir", - sürücü bildirib.
Oxşar problemlə üzləşən digər sürücü Eldəniz Məmmədliyev isə artıq bir aydan çoxdur Gürcüstanda qaldığını deyir. Onun sözlərinə görə, Kutaisidə istehsal olunan və dəmir sənayesində istifadə edilən kimyəvi maddəni Azərbaycana apararkən əvvəlcə gömrükdə üç gün saxlanılıb, daha sonra isə başqa məntəqəyə aparılıb.
"Maşını tamamilə sökdülər, bütün sənədlərimi, pasportumu, telefonumu aldılar. Sonra heç bir izahat vermədən dedilər ki, "gedə bilərsən". Soruşdum hara gedim, cavab verdilər ki, "bilmirik", - deyə sürücü bildirib.
E.Məmmədliyev qeyd edib ki, pasportu yalnız 20 gündən sonra qaytarılıb, bu müddətdə isə avtomobili sökülmüş vəziyyətdə qalıb və özü küçədə gecələməyə məcbur olub.
"Əgər problem yükdədirsə, yükü boşaldın, məni buraxın. Amma heç kim heç nə izah etmir. Hazırda 43-45 gündür Gürcüstandayam", - o vurğulayıb.
Sürücülər Bəhadur Əliyev və İman Əliyev də Batumidə gömrük rəsmiləşdirilməsi prosesinin uzanması səbəbindən günlərlə gözlədiklərini bildirirlər. Onların sözlərinə görə, saxlanılmalarının səbəbi ilə bağlı onlara da hər hansı rəsmi izahat verilməyib.
"Artıq neçə gündür Batumidə gözləyirik. Nə vaxt buraxılacağımızı deyən yoxdur. Sadəcə "gözləyin" cavabı alırıq", - B.Əliyev deyib.
İ.Əliyev isə söyləyib ki, bütün sənədlər təqdim olunub, amma problem nədən ibarətdir, heç kim izah etmir.
Sürücülərin sözlərinə görə, "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində də bir neçə Azərbaycan qeydiyyat-nişanlı yük avtomobili saxlanılıb. Onların bildirdiyinə görə, gömrük əməkdaşları sonradan Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin xüsusi icazə sənədini tələb ediblər. Sürücülər həmin sənədin təqdim olunduğunu, lakin daha sonra sənədin gürcü dilinə tərcüməsinin istənildiyini bildirirlər.
Yük sahibi Sahib Əliyev isə "Report"un yerli bürosuna açıqlamasında deyib ki, sözügedən icazə sənədi 2023-cü ildə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilib və indiyədək eyni sənədlərlə yüzlərlə yük avtomobili Gürcüstan ərazisindən maneəsiz keçib. Onun sözlərinə görə, eyni məhsul bu ilin mart və aprel aylarında, həmçinin ötən ilin oktyabr və dekabr aylarında da heç bir problem olmadan tranzit daşınıb.
"Hesab edirəm ki, hazırkı vəziyyət sənədlərin vaxtında yoxlanılmaması və bürokratik anlaşılmazlıq nəticəsində yaranıb", - S.Əliyev bildirib.
Sürücüləri narahat edən digər məsələ isə gömrük əməkdaşlarının münasibəti barədədir. Onların sözlərinə görə, günlərlə gözləmələrinə baxmayaraq, saxlanılmalarının səbəbi barədə rəsmi məlumat verilmir, sual ünvanladıqları zaman isə bəzi əməkdaşlar kobud davranır, "Get, gözlə" cavabı ilə kifayətlənirlər.
Sürücülər hesab edirlər ki, onlara hansı səbəbdən saxlanıldıqları və problemin aradan qaldırılması üçün hansı sənədlərin və ya prosedurların tələb olunduğu aydın şəkildə izah edilməlidir.
Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyindən "Report"un yerli bürosuna bildirilib ki, hadisə nəzarətə götürülüb. Səfirlikdən qeyd olunub ki, yaranmış vəziyyətlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə diplomatik nota ünvanlanıb və məsələ aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılır.
Qeyd edək ki, bu, Gürcüstan ərazisindən tranzit keçən Azərbaycan yük avtomobillərinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı ilk hal deyil. Lakin sürücülərin sözlərinə görə, bu dəfə gözləmə müddətinin uzanması, rəsmi izahatın verilməməsi və qeyri-müəyyənlik əvvəlki hallarla müqayisədə daha ciddi narahatlıq yaradır.
Mia.az
Dİgər xəbərlər
Bugün, 11:41
Tramp "Washington Post"a "barmaq silkələdi": "Bu xain açıqlamanı sızdıranlar axtarılır"
SON XƏBƏRLƏR
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:33 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... - Bakıda ermənilərin şikayəti üzrə yeni hökm verildi (FOTOLAR, Yenilənib)
Bugün, 12:18 SİYASƏT
-
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödəyib - Təfərrüat
Bugün, 12:07 GÜNDƏM
-
Sabiq nazirin müsadirə olunan 370 kv.metrlik mənzili... - Hərracda neçəyə satıldı?
Bugün, 11:49 SİYASƏT
-
Tramp "Washington Post"a "barmaq silkələdi": "Bu xain açıqlamanı sızdıranlar axtarılır"
Bugün, 11:41 GÜNDƏM
-
Mətbuatdan gizlənən deputatlar: onlar kimlərdir? - SİYAHI
Bugün, 11:38 SİYASƏT
-
Regional İdarəyə müavin təyinatı olub
Bugün, 11:33 İDMAN
-
Ceyhun Bayramov Ukraynaya gedib (Yenilənib)
Bugün, 11:17 GÜNDƏM
-
KOMİTƏ "KÖÇKÜN PULU" İLƏ BAĞLI YENİ XƏBƏR YAYDI: kimlərin pulu kəsilib?
Bugün, 11:08 CƏMİYYƏT
-
Azərbaycanlı yük sürücülərinə Gürcüstan gömrüyü niyə problem yaradır? - XİN-ə nota göndərildi (AÇIQLAMALAR)
Bugün, 10:48 GÜNDƏM
-
Bu İcra Hakimiyyətləri öz informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürüblər
Bugün, 10:48 GÜNDƏM
-
ABŞ-ı sarsıdan böhran təsdiqlənir - Tramp Müdafiə nazirini sərt şəkildə sorğu-sual edib
Bugün, 10:32 GÜNDƏM
-
Tərtərdə ər-arvad evdə yanaraq ölüblər
Bugün, 10:25 CƏMİYYƏT
-
Gəncədə kütləvi dava: bıçaqlanan bir nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib (Yenilənib)
Bugün, 10:22 KRİMİNAL
-
İncəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Bugün, 10:17 MƏDƏNİYYƏT
-
MÜHARİBƏNİN QAZANANI 8 NƏHƏNG ŞİRKƏT OLDU: dəqiqədə 700 min dollar!
Bugün, 10:12 İQTİSADİYYAT
-
MİDA 130 milyon manatlıq istiqraz buraxır
Bugün, 09:59 İQTİSADİYYAT
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:56 İQTİSADİYYAT
-
"Fulham" "Real Madrid"dən iki oyunçu transfer edib
Bugün, 09:32 İDMAN
-
"Kocaelispor" yarımmüdafiəçisi ilə yollarını ayırdı
Bugün, 09:17 İDMAN
-
Altay Bayındır İspaniya liqasına transfer olunur
Bugün, 09:09 İDMAN
-
Hikmət Hacıyev: “Mənə aid bəzi fikirlər təhrif olunub”
Bugün, 00:59 SİYASƏT
-
Erdal Beşikçioğlunun müavininin də narkotik testi cavabı pozitiv çıxıb
Bugün, 00:46 KRİMİNAL
-
İstanbulda bina çöküb
Bugün, 00:41 DÜNYA
-
"Yeraltı"da sevgili olan cütlük gerçək həyatda talelərin birləşdirdi
Bugün, 00:25 MƏDƏNİYYƏT
-
Məşhur serialla bağlı sensasion qalmaqal: 17 yaşlı aktrisanın atası qızının gizli yazışmalarını tutdu, prokururluğa şikayət etdi
Bugün, 00:18 MƏDƏNİYYƏT
-
"Əgər "Kristal Abşeron" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bugün, 00:11 İQTİSADİYYAT
-
Məhəmməd Salah Trabzona gəlib
Bugün, 00:09 İDMAN
-
Çempionlar Liqası: "Fənərbağça" rəqibinə iki qolla qalib gəldi
Bugün, 00:01 İDMAN
-
Bakıda məsciddə yanğın söndürülüb (Yenilənib)
05.08.2026, 23:44 GÜNDƏM
-
Tbilisi-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb
05.08.2026, 23:11 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Sabah" uduzub (Yenilənib)
05.08.2026, 22:59 İDMAN
-
ABŞ İrana yaxın hava şirkətini sanksiya siyahısından çıxardı
05.08.2026, 20:57 DÜNYA
-
İKİ ÖLKƏ BOĞAZLA BAĞLI RAZILAŞDI: təhlükəsiz marşrut xətti müəyyən olundu
05.08.2026, 20:38 GÜNDƏM