İKİ ÖLKƏ BOĞAZLA BAĞLI RAZILAŞDI: təhlükəsiz marşrut xətti müəyyən olundu

İKİ ÖLKƏ BOĞAZLA BAĞLI RAZILAŞDI: təhlükəsiz marşrut xətti müəyyən olundu

GÜNDƏM

Bugün, 20:38

İranla Oman, nəhayət, Hörmüz boğazı ilə bağlı vahid və təhülkəsiz  marşrut xətti üzrə razılığa gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi yeri televizya kanallarına məlumat verib.

O bildirib ki, İran və Hörmüz boğazının iki sahil dövləti olan Oman arasında boğazdan ticarət gəmilərinin təhlükəsiz keçməsini təminatı ilə balı gedən danışıqlar müsbt sonluqla yekunlaşıb: "Danışıqlarda marşrutun texniki, hüquqi, təhlükəsizlik və ekoloji ölçüləri müvafiq İran qurumları tərəfindən ətraflı araşdırılıb. Artıq tərəflərin üzərində işlədiyi marşrutun coğrafi koordinatları barədə razılığa gəlinib.

Üçüncü tərəflər prosesə mane olmasa,  iki ölkənin razılaşdırdığı fundamental məqamları özündə əks etdirən birgə bəyanat veriləcək"

Bekayi iddia edib ki, İran və Oman arasında əldə edilən razılaşmaya baxmayaraq, ABŞ-ın müdaxilələrindən qaynaqlanan təhlükəsizlik riskləri qalır: "Ümid edirik ki, ABŞ bu dəfə beynəlxalq hüquqa hörmət edəcək"

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR