QHT-lər üçün qrant müsabiqəsi elan edilib

 QHT-lər üçün qrant müsabiqəsi elan edilib

İQTİSADİYYAT

Bugün, 20:38

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun qrant vəsaiti hesabına QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edilib.

Mia.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il avqust ayının 6-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il 26 avqustdur.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Qrant məbləğlərinin yuxarı həddi və digər şərtlər barədə bu link vasitəsilə daha ətraflı məlumat əldə etmək olar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR