Saakaşvili: "5 ildir tarakanlarla dolu təkadamlıq kamerada saxlanılıram"
DÜNYA
Bugün, 11:22
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadakı şəraitin ağır olduğunu, uzunmüddətli təkadamlıq kamerada saxlanıldığını və telefon zənglərinə məhdudiyyət qoyulduğunu iddia edib. Mia.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, "Georgia Online" nəşrinə açıqlamasında bildirib. Saakaşvilinin sözlərinə görə, o, kiçik, qaranlıq, tarakanlarla dolu və zəif havalandırılan kamerada saxlanılır. Eks-prezident bildirib ki, kamerada tualet əvəzinə "çeçma" adlanan sanitar qurğudan istifadə olunur və oxşar şəraitdə digər siyasi məhbuslar da saxlanılır. Sabiq prezident qeyd edib ki, oktyabrın 1-də həbsinin beş ili tamam olacaq. Onun iddiasına görə, bu qədər uzun müddət təkadamlıq kamerada saxlanılması beynəlxalq normalara əsasən işgəncə və qeyri-insani rəftar hesab edilir. Saakaşvili həmçinin bildirib ki, həbsxana Rustavidə yerləşən və onun iddiasına görə, milyarder Bidzina İvanişviliyə məxsus olan sement zavodunun yaxınlığındadır. O, məhbusların daim sement tozuna məruz qaldığını və bunun nəfəs almağı çətinləşdirdiyini iddia edib. Saakaşvilinin sözlərinə görə, qanun buna icazə versə də, uzun müddət telefon danışığı hüququndan məhrum edilib və yalnız bu yaxınlarda həftədə bir neçə dəqiqə qızı Alisa ilə danışmasına icazə verilib. Saakaşvili əlavə edib ki, Ukrayna konsulu ilə görüşünə, Ukraynadan çap nəşrləri və videomateriallar almasına, eləcə də vəkillərinin ona övladları və nəvəsinin şəkillərini gətirməsinə icazə verilmir. O, həmçinin beynəlxalq, hökumət və parlament nümayəndə heyətlərinin onunla görüşmək cəhdlərinin dəfələrlə rədd edildiyini söyləyib. "Mənimlə hərbi əsir kimi davranırlar, amma Cenevrə Konvensiyasına əməl etmirlər", – deyə Saakaşvili bildirib. O, həbsinin əvvəlində işgəncəyə və zəhərlənməyə məruz qaldığını iddia edərək, bütün bunların iradəsini qırmağa yönəldiyini vurğulayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
QHT sədri: “Çox təəssüf ki, bizdə narkologiya psixiatriyanı özünə rəqib görür” - MÜSAHİBƏ
Bugün, 12:12 CƏMİYYƏT
-
İstanbulda daha bir bələdiyyədə əməliyyat: 13 şübhəli saxlanılıb
Bugün, 12:09 DÜNYA
-
Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
Bugün, 12:02 İQTİSADİYYAT
-
Dənizkənarı Bulvar İdarəsində mənimsəmə... - Məhkəmə iclası
Bugün, 11:59 KRİMİNAL
-
Bağçalara növbəyə yazılma dayandırılıb
Bugün, 11:52 GÜNDƏM
-
Avqust bu bürc sahiblərinə sevinc gətirəcək - SİYAHI
Bugün, 11:47 MƏDƏNİYYƏT
-
Rusiya Kiyev bölgəsinə zərbə endirdi: 14 nəfər ölüb, yaralılar var
Bugün, 11:36 GÜNDƏM
-
Alim Qasımov: "Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram"
Bugün, 11:28 MƏDƏNİYYƏT
-
Saakaşvili: "5 ildir tarakanlarla dolu təkadamlıq kamerada saxlanılıram"
Bugün, 11:22 DÜNYA
-
Nazirliyin idarə rəisi Agentliyin sədr müavini təyin olunub
Bugün, 11:16 CƏMİYYƏT
-
İcra başçısı zəngi açsa da susub, müavini isə... - "Maşın qalmaqalı"na aydınlıq gətirilməyib + FOTOLAR
Bugün, 11:11 CƏMİYYƏT
-
TRAMP İRANI YENƏ HƏDƏLƏDİ: "Ya açılacaq, ya da daha sərt vuracağıq"
Bugün, 10:49 GÜNDƏM
-
Hava Hücumundan Müdafiə bölmələrinin istifadəsinə yeni hərbi obyektlər verildi - FOTOLAR
Bugün, 10:42 GÜNDƏM
-
Avropa Məhkəməsi Xaçmaz bazarının sahibinin qətli ilə bağlı hökumətə suallar ünvanladı - DETALLAR
Bugün, 10:38 GÜNDƏM
-
Deputatın qardaşı saxlanıldı - Türkiyədə
Bugün, 10:22 SİYASƏT
-
Beyin çürüməsi
Bugün, 10:11 YAZARLAR
-
Abşeronda "zapravka" yandı - VİDEO (YENİLƏNİB)
Bugün, 10:05 CƏMİYYƏT
-
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Bugün, 09:52 CƏMİYYƏT
-
Azərbaycan nefti daha 5 dollar ucuzlaşdı - Qara qızıl 91 dollara satılır
Bugün, 09:36 İQTİSADİYYAT
-
"Eyüpspor" nigeriyalı futbolçu ilə müqavilə imzaladı
Bugün, 09:13 İDMAN
-
"Samsunspor" yarımmüdafiəçi transfer etdi
Bugün, 09:02 İDMAN
-
Türkiyədə daha bir jurnalist həbs olundu
Bugün, 00:25 PRESS
-
ÖZGÜR ÖZƏLİ HƏBS ETMƏK İSTƏYİRLƏR - Prokurorluq ittiham aktı hazırladı, partiya sədrinin toxunulmazlığının qaldırılması tələb olunur
Bugün, 00:13 SİYASƏT
-
İspaniyaya dənizi üzərək girən 72 min miqrantdan 70 mini geri qayıtdı
Bugün, 00:09 DÜNYA
-
Salah Türkiyədə bu klubla anlaşdı - İlə 17 milyon avro maaşla...
Bugün, 00:02 İDMAN
-
Suriya İraqla müharibəyə başlayır? - Ordu sərhədə yeridildi
04.08.2026, 22:57 GÜNDƏM
-
Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO
04.08.2026, 22:54 KRİMİNAL
-
Qara dənizdə Türkiyəyə məxsus daha bir gəmi dronla təhdid olunub - Rəsmi Ankaradan xəbərdarlıq
04.08.2026, 19:59 GÜNDƏM
-
Türkiyədən olan bir qrup media mənsubu Xankəndidə - FOTOLAR
04.08.2026, 19:47 PRESS
-
Əfsanəvi aktyor Ceki Çan Bakıya gəlib - VİDEO (YENİLƏNİB)
04.08.2026, 19:30 MƏDƏNİYYƏT
-
SOCAR-ın prezidenti BYD şirkətinin rəsmisi ilə görüşüb
04.08.2026, 18:52 İQTİSADİYYAT
-
Özəl bağçalara sənəd qəbulu başlayır
04.08.2026, 18:03 CƏMİYYƏT
-
İcra başçılarının maaşı nə qədərdir?
04.08.2026, 17:38 CƏMİYYƏT
-
Mərhum Elçibəyin sabiq köməkçisinin şikayəti üzrə tutulan partiya sədri... - Anar Əsədlinin növbəti məhkəməsi başlayıb
04.08.2026, 17:25 SİYASƏT