Kartdan-karta pul köçürmələri: narahatlıq böyüyür - Hüquqşünas nə deyir?
İQTİSADİYYAT
05.08.2026, 15:07
Azərbaycanda kartdan-karta pul köçürmələrinə yeni limitlərin tətbiqi ilə bağlı müzakirələr davam edərkən, ən çox diqqət çəkən məsələlərdən biri yaxın qohumlar arasında həyata keçirilən əməliyyatların necə qiymətləndiriləcəyidir. Bankların hansı meyarlar əsasında köçürməni adi və ya riskli əməliyyat kimi müəyyən edəcəyi, eləcə də yaxın qohumlar arasında edilən köçürmələrin limitdən azad olunması üçün vətəndaşlardan hansı məlumatların tələb ediləcəyi ilə bağlı bir sıra məsələlərə hələ də aydınlıq gətirilməyib.
Mia.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, vətəndaşların maliyyə əməliyyatlarına təsir edən məhdudiyyətlər qanunla tənzimlənməlidir. Onun sözlərinə görə, bu cür qaydalar qanunvericilik çərçivəsində müəyyən edilməli, ictimaiyyətə açıqlanmalı və tətbiq mexanizmi aydın şəkildə izah olunmalıdır: “Hazırda bildirilir ki, Mərkəzi Bank banklarla müəyyən razılığa gəlib. Lakin həmin razılaşmanın məzmunu ictimaiyyət üçün açıqlanmayıb. Buna görə də hansı prinsiplərin müəyyən edildiyi və qaydaların necə tətbiq olunacağı barədə dəqiq məlumat yoxdur. Elə bu səbəbdən də bəzi suallar açıq qalır. Bu mexanizmin praktikada necə işləyəcəyinə dair hələlik ətraflı rəsmi izahat təqdim olunmayıb. İlkin açıqlamalarda kartdan-karta köçürmələr üçün aylıq 20 min manat və gündə beş əməliyyat limiti nəzərdə tutulduğu bildirilirdi. Sonradan isə yaxın qohumlar arasında həyata keçirilən köçürmələrin müəyyən meyarlar əsasında istisna kimi qiymətləndirilə biləcəyi və vətəndaşın izahat təqdim edə biləcəyi qeyd edildi. Ancaq həmin meyarların nədən ibarət olduğu, hansı hallarda əməliyyatın adi, hansı hallarda isə riskli hesab ediləcəyi, eləcə də vətəndaşlardan konkret hansı məlumat və ya sənədlərin tələb olunacağı ilə bağlı hələlik ətraflı rəsmi məlumat açıqlanmayıb. Hesab edirəm ki, bu mexanizmin praktikada necə işləyəcəyi ilə bağlı bəzi məqamların daha ətraflı izahına ehtiyac var. Kartdan-karta pul köçürmələri gündəlik həyatda ən çox istifadə olunan və adətən qısa müddətdə həyata keçirilən əməliyyatlardandır. Əgər belə köçürmələr zamanı əlavə müraciət və ya təsdiq prosedurları nəzərdə tutulacaqsa, bu, əməliyyatların icra müddətinə müəyyən təsir göstərə bilər. Eyni zamanda, yaxın qohumlar üçün istisnaların hansı qaydada tətbiq ediləcəyi ilə bağlı detalların gələcəkdə dəqiqləşdirilməsi gözlənilir. Qohumluq əlaqəsinin necə müəyyən ediləcəyi, bunun hansı məlumat bazaları əsasında yoxlanılacağı və vətəndaşlardan əlavə sənədlərin tələb olunub-olunmayacağı barədə hələlik ətraflı məlumat verilməyib. Hesab edirəm ki, bu məsələlərlə bağlı hüquqi əsasların və tətbiq mexanizminin ictimaiyyətə daha ətraflı təqdim olunması həm vətəndaşlarda yaranan sualların aradan qaldırılmasına, həm də yeni qaydaların daha aydın başa düşülməsinə kömək edə bilər”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mənsur Yavaş İYİ Partiyaya keçir? - AÇIQLAMALAR
Bugün, 00:17 SİYASƏT
-
"Trabzonspor"un Avroliqadakı rəqibi müəyyənləşib
Bugün, 00:09 İDMAN
-
SEPAH: "Hörmüz boğazı tam nəzarətimizdədir"
Bugün, 00:04 DÜNYA
-
Daha bir müxalif deputat partiyasından istefa verdi - Türkiyədə
Bugün, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Avropa Liqası: "Beşiktaş" pley-off mərhələsinə yüksəldi
13.08.2026, 23:23 İDMAN
-
Konfrans Liqası: "Qarabağ" Kiyev komandasına qalib gəldi - (Yenilənib)
13.08.2026, 22:02 İDMAN
-
XİN: "Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir"
13.08.2026, 21:58 GÜNDƏM
-
Biləsuvarda 44 yaşlı şəxs öldürülüb
13.08.2026, 21:01 KRİMİNAL
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı
13.08.2026, 19:46 GÜNDƏM
-
Süleymançılar təriqəti: onlar kimdir, hansı şirkətlərlə bağları var? - SİYAHI + FOTO
13.08.2026, 19:09 SİYASƏT
-
Türkiyəli iki kriminal lider tutuldu - Gürcüstanda + FOTO
13.08.2026, 18:53 KRİMİNAL
-
İspaniya Super Kuboku oyunları İstanbulda keçiriləcək - Bu tarixdə
13.08.2026, 18:24 İDMAN
-
TÜRKİYƏDƏ DEPUTATI SƏHƏRƏ YAXIN EVDƏ DÖYÜB VİDEO ÇƏKDİLƏR: qrup seksi iddiası və... - FOTOLAR
13.08.2026, 18:07 SİYASƏT
-
Ərdoğanın partiyası 8, Özgür Özəlin partiyası 2 böyük şəhərdə önə çıxır, CHP isə... - TÜRKİYƏNİN ƏN GÜCLÜ SİYASİ TƏŞKİLATLARI (SORĞU)
13.08.2026, 17:53 SİYASƏT
-
Ərdoğan DEM Partiya rəhbərliyini qəbul etdi - 5 əsas müzakirə
13.08.2026, 17:45 SİYASƏT
-
Hakan Fidan Liviyada: üsyançı general Xəlifə Haftarla görüş və... - TƏHLİL
13.08.2026, 17:27 SİYASƏT
-
SOCAR-da gözlənilməz dəyişiklik - Vitse-prezidenti öz ərizəsiylə vəzifədən azad edilib
13.08.2026, 17:23 GÜNDƏM
-
Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib
13.08.2026, 17:14 İQTİSADİYYAT
-
Azərbaycanın FMCG sektorunda ilk: Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib
13.08.2026, 17:11 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
13.08.2026, 17:00 İQTİSADİYYAT
-
Tufandağ buzlağında növbəti monitorinq və tədqiqat işləri aparılıb
13.08.2026, 16:41 CƏMİYYƏT
-
Sabah Sabirabad, Salyan və Saatlının bu kəndlərində qaz olmayacaq
13.08.2026, 16:22 CƏMİYYƏT
-
Samux sakini Moldovada saxlanıldı
13.08.2026, 16:07 KRİMİNAL
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib
13.08.2026, 16:06 GÜNDƏM
-
Kənd Təsərrüfatı Nazirliyi qarayara xəstəliyi barədə açıqlama yaydı
13.08.2026, 15:45 İQTİSADİYYAT
-
Qeyri-sabit hava şəraiti avqustun 17-dək davam edəcək - Xəbərdarlıq
13.08.2026, 15:11 GÜNDƏM
-
Samuxda 9 nəfərdə qarayara xsətəliyi aşkarlandı - Üç qurum birgə məlumat yaydı (Yenilənib)
13.08.2026, 15:06 GÜNDƏM
-
Komitə sədri "Azəriqaz"a suallar ünvanladı: "Əməkdaşlar peşə sınaq imtahanına cəlb olunurmu?".
13.08.2026, 14:57 CƏMİYYƏT
-
"Fənərbağça" transfer haqqını artırdı, xorvat komandası geri çəkildi - Qolkiperin keçidi alınmadı
13.08.2026, 14:38 İDMAN
-
Üç il əvvəl "Fənərbağça"ya gələn və bir dəqiqə oynamayan futbolçu satıldı - İtaliya klubuna...
13.08.2026, 14:31 İDMAN
-
Müğənni ona bağıran mühafizəçiyə belə dedi: "Səni elə vuraram, yox olarsan!"
13.08.2026, 14:18 MƏDƏNİYYƏT
-
Valideynlikdən imtina, aliment... - Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul edib
13.08.2026, 14:13 CƏMİYYƏT
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - DETALLAR
13.08.2026, 14:09 SİYASƏT