QHT sədri: “Çox təəssüf ki, bizdə narkologiya psixiatriyanı özünə rəqib görür” - MÜSAHİBƏ
CƏMİYYƏT
Bugün, 12:12
Azərbaycanda xüsusi (özəl) reabilitasiya və narkoloji bərpa mərkəzləri ilə bağlı problemlər ölkə gündəmindən düşmür.
Mia.az xəbər verir ki, sosial şəbəkələrdə onlarla insan narkotikin müalicəsi adı altında qapalı yerlərdə üzləşdiyi qeyri-insani davranışlardan yazır. Müxtəlif özəl mərkəzlərin adı çəkilir. Baş verənlərin məhkəmə araşdırması zamanı şahid və zərərçəkən ifadələrindən məlum olub ki, reablitasiya adı altında saxlanılan şəxslərə münasibətdə amansız “müalicə” metodlarından istifadə edilib, insanların şəxsiyyəti alçaldılıb, fiziki və psoxoliji işğəncələrə məruz qalıb.
Hazırda zərərin azaldılması layihələri çərçivəsində inyeksion narkotik istifadəçisi olan qadınlar arasında İİV (insanın immunçatışmazlığı virusu) profilaktikasını həyata keçirən “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva Mia.az-a açıqlamasında bildirib ki, narkotik istifadəçilərinin müalicəsi 2 hissədən ibarətdir: detoks və psixiatrik dəstək:
- Çoxsaylı təcrübə göstərir ki, narkotik istifadəçiləri özləri də sərbəst şəkidə narkotik asılılığından qurtara bilər. Bunu bacarmayanlara medikamentoz dəstək göstərilir. Amma bütün hallarda ən böyük müalicə prosesi psixiatrik dəstəkdən keçir. Bu dəstəyə həm dərman vasitələriylə müalicə, həm mühitin dəyişdirilməsi, həm də ailənin, cəmiyyətin timsalında sosial-məişət yardımı daxildi. Söhbət psixioloji yox, yalnız psixiatrik dəstəkdən gedir. Bunları qarışdırmaq olmaz.
- Bütün dünyada narkotikin asılılığından qurtarmaq üçün reablitasiya proqramlarının vacibliyi təbliğ edilir. Bizdə niyə bu proseslər problemlə müşayiət olunur?
- Ona görə ki, bizdə müalicə və reablitasiya məsələsinə yanaşmanın özü elə başdan-ayağa problemdi. Biz narkomanı görən kimi onu dərhal müalicə etməyə çalışırıq. Amma baxaq, narkotik asılısı kimdi? Bundan keyif alan şəxs. Əgər şəxs özü bu keyifə “yox” demək istəməsə, onu bu durumdan kim çıxara bilər?
Digər tərəfdən, müasir narkotiklər sintetik, laborator şəraitdə hazırlanan, “dizayner” narkotikləridi. Bunlar opiat yox, psixostumulyatordu. Opiatlar insanı “söndürür”, yəni, istifadəçi bunun təsiri altında daha çox bir küncə çəkilib yuxulamağa çalışır. “Dizayner” narkotiklərinin təsiri altında olan insan isə ya dayanmadan işləyir, oxuyur, günlərlə yuxusuz qalır, beyni oyaq qalır, hərəkətləri cəld, intensiv olur, bütün günü danışır, bəzən qarabasmaları, hallüsinasiyaları olur. Çünki bu narkotiklər təbiətdən alınmır, laboratoriyalarda müxtəlif molekulların sintezindən hazırlanır. Bunlar insanın beyninin idarə edilməsinə yönəldiyi üçün müalicəsi də çətin, bəzən heç mümkün olmur. Ona görə ki, bizdə narkotiklərin müalicəsini nəzərdə tutan standart protokollar sovet dövründən qalıb. Zaman dəyişib, narkotik bazarı yenilənib və köhnə protokollar yeni narkotiklərdən asılılığı müalicə edə bilmir. “Dizayner” narkotiklərindən insanın öz gücüylə çıxması da çox çətindi və bu baxımdan biz müalicənin faydasız olduğunun illərdi, şahidiyik.
- Amma reablitasiya mərkəzlərinin reklamıyla məşğul olan şəxslər dəfələrlə müalicə alan insanları cəmiyyətə təqdim edir.
- Narkotikin təsiri altında hər gün dondan-dona girən istifadəçi o zaman müalicə “istəyir” ki, dozanı almağa pulu olmur, damarları itir. Bir az dincəlmək, ağrıları azaltmaq üçün müalicə istəyi görüntüsünü yaradır. Həmin anda onun sözünə inanıb reablitasiyaya yönəltsən, səhv edəcəksən. Amma reablitasiya müəssisələri ödənişli olduğu üçün onlar işin bu tərəfinin qabardılmasını təbii ki, istəmirlər. Onlar nəinki asılı şəxsi müalicəyə yönəldir, hətta məcbur edir. Bəzən həmin görüntülərdə asılı şəxsin müalicə almaq istəmədiyini, yaxınların təzyiqi ilə razılaşdığını görürük. Bəzən reklam üçün cəmiyyətdə tanınan adamların zorla, zarafatyana, bəzən qınaq yoluyla reablitasiya mərkəzinə aparılmasının şahidi olmuşuq. Məsələn, Nəsimi Nəbizadəni, Ceyhun Əsgərovu yada salaq. Ceyhun Əsgərovun bağ evinə gizlicə girib, canlı yayım altında adamı yataq otağında, yatdığı yerdən zorla qaldırıb, “səni müalicə edəcəyik, əlimizdən qaça bilməzsən”, - deyə sürüyüb aparıldığını əks etdirən görüntüləri mən mat-məəttəl izləmişdim və indiyədək böyük təəccüblə xatırlayıram. Reablitasiya budurmu? Adam dəfələrlə oradan qaçdı. Nəsimi Nəbizadə də eləcə. Reklam xatirinə asılılıqdan müalicə kimi vacib məsələ üzərində belə tamaşalar təşkil etmək yolverilməzdi. Narkotik asılılığından müalicə dövlət siyasətidi, bu sahədə fəaliyyət “Narkomaniyadan müalicə üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olmalıdı. Hətta bu fəaliyyət özəl sektorda həyata keçirilsə də, dövlətin normativ-hüquqi aktlarının təsiri altından kənara çıxa bilməz. Müalicə məsələsində anonimlik xüsusi əhəmiyyət daşıdığı üçün belə yerlərə ictimai nəzarəti həyata keçirmək hər zaman mümkün olmur. Amma müvafiq icra qurumları qanunvericiliyə uyğun olaraq nəzarət mexanizmləri təşkil edə bilər. N.Nəbizadəylə C.Əsgərovun adını və özünü reklam materialına çevirən “reablitasiya mərkəzləri”nin fəaliyyəti də bildiyiniz kimi, sonradan dayandırıldı, hüquqi araşdırma aparıldı və mərkəmə müvafiq cəza təyin etdi.
- Bütün dünyada ən effektiv müalicə proqramı “12 addım” sayılır. Bizdə hansı proqramdan istifadə edilir?
- Bəli, Dünya Səhiyyə Təşkilatı (DST) da “12 addım”ın effektiv olduğunu təsdiqləyir. Amma bu proqram ölkəyə, narkotikdən istifadə kultuna, narkotikin çeşidinə görə fərqli tətbiq olunmalıdı. Bir ölkənin nümunəsini olduğu kimi kopiyalamaq doğru deyil. Məsələn, eyni proqram Pribaltika, İran, Rusiyanın Çelyabinsk vilayətində, Mərkəzi Avropa ölkələrində fərqli formada tətbiq edilir.
Əvvəla, unutmayaq ki, asılılıqdan qurtarmaq istəyən şəxs bunu təkbaşına da bacara bilər: uzaqbaşı 10-12 günlük əzələ-sümük ağrılarına dözəcək, ailəsindən, doğmalardan mənəvi dəstək alacaq, istəsə, narkoloq və psoxiatrdan da məsləhət ala bilər, sonra uzunmüddətli remissiyaya girəcək. Bunu edə bilməyənlər reablitasiya müəssisəsinə üz tutur. Amma məncə, reablitasiya mərkəzlərini ağrılı müddəti təkbaşına keçirmək istəməyən seçir. Fikrimcə, reablitasiya proqramları daha çox, 18 yaşadək olan istifadəçilərə yönəlik olmalıdı.
Dövlətin müalicə müəssisəsində də müalicə prosesinin mahiyyətinə baxaq: burada istifadəçilər zorla müalicə edilirmi? Xeyr. Bu, könüllü prosesdi. Yalnız narkotikin təsiri altında cinayət törədildikdə, məcburi müalicəyə yönəltmə baş verir. Niyə? Çünki, yuxarıda dediyim kimi, insan narkotikə özü beynində “yox” deməlidi. Bu daxili müqaviməti özü formalaşdırmalıdı. Məsələn, mən bu xüsusda tanınmış stendapçı Cavid Qurbanovu misal çəkə bilərəm. Onun narkotik asılılığından qurtarmaq üçün apardığı mübarizənin böyük hissəsi daxili müqavimətinin hesabına baş verib. Bu özünə qalib gələn insanın qələbəsidi və bu mübarizədə qazanılan müvəffəqiyyətin ömrü uzun olur.
- Siz niyə psixoloq yox, psixiatrların dəstəyini vacib hesab edirsiniz?
- Mənə görə, narkotik istifasəçisinin ən yaxın dostu psixiartlardı. Narkotikə “yox” cavabı beyində yarandığı üçün insanın geridönüşü məhz buradan başlamalıdı. Özəl reablitasiya mərkəzlərində və dövlətin müalicə müəssisəsində isə psixiatrlara yer verilmədiyiçün müalicələr həmişə faydasız olur. Uzunmüddətli remissiya yaranmır. Narkomaniyanın müalicəsində detoksdan sonrakı mərhələ mütləq psixiatrik olmalıdı. Çox təəssüf ki, bizdə narkologiya psixiatriyanı özünə rəqib görür. Sanki onların “çörək ağacı”nı əlindən alacaq kimi bir görüntü formalaşdırırlar. Halbuki, narkomaniyanın müalicəsində səhiyyənin bu iki xidməti bir-birinə inteqrasiya etməli, bir-birini tamamlamalıdı. Biri digərinin iştirakına mane olmamalıdı.
- Özəl reablitasiya mərkəzləri ətrafında bu qədər qalmaqal var. Bəs niyə dövlətin hesabına, yəni, tibbi sığorta ilə insanların müalicə ala biləcəyi reablitasiya mərkəzləri yaradılmır?
- Dövlət onsuz da narkomaniyanın müalicəsini pulsuz aparır: Respublika Narkoloji Mərkəzdə 21 günlük müalicə kursu var. Tutaq ki, biz mövcud müalicə prosesinin genişləndirilməsi və yeni komponenlərlə təmin olunmasını təklif etdik. Amma bu, dövlət üçün nə qədər rentabelli olacaq? Dövlət bu müəssisəyə ayırdığı vəsaitin sonunda lazımi nəticələri əldə edə biləcəkmi? Məsələn, şəxsin ömürlük remissiyaya girəcəyinin hansı qarantiyası var? İnsanlar elə hər ağrısı tutanda, gəlib aylarla müalicə alıb, sonra çıxıb yenə istifadəyə davam edəcəksə, bu, büdcə vəsaitinin havaya sovrulması deməkdi. Ona görə reablitasiya mərkəzləri çox bahalı olur ki, insan verdiyi pulun qədrini bilsin və müalicəsinə sadiqlik göstərsin. Hökumət hesablayır ki, bir istifadəçinin müalicəsinə, reablitasiyasına nə qədər vəsait xərcləyib və neçə nəfərdə ömürlük remissiya əldə olunub. Əgər bu rəqəmlərdə faydalılıq əmsalı aşağıdısa, hökumət belə proqramı maliyyələşdirməkdən imtina edir.
Dövlətin mövcud situasiyada görə biləcəyi iş özəl reablitasiya mərkəzlərinin fəaliyyətinə nəzarəti həyata keçirməkdi. Araşdırmalar göstərir ki, belə müəssisələrin böyük hissəsi qeyri-qanuni fəaliyyət göstərir, pasiyentlərə işgəncə, qanunsuz azadlıqdan məhrumetmə və ağır fiziki-psixoloji zorakılıq tətbiq edir. Bütün bunlar dövlət nəzarətinin və hüquqi tənzimləmənin gücləndirilməsi zərurətini ortaya qoyur.
- Məhkəmə zamanı ortaya çıxdı ki, özəl reablitasiya mərkəzlərinin əksəriyyəti MMC kimi qeydiyyatdan keçib və faktiki olaraq lisenziyasız narkoloji və psixoloji müalicə xidmətləri göstərib.
- Bəli, iş materiallarından görünürdü ki, burada qapalı həbsxana rejimi mövcud olub. Düzdü, belə müəssisələrdə təhlükəsizlik və anonimlik üçün qapalı rejim tətbiq edilməlidi. Amma insanların məcburi gətirilməsinə yol vermək olmaz. Üstəlik, ailə və doğmalarla münasibətlərin kəsilməsi heç bir reablitasiyada müsbət addım hesab edilmir, Əksinə, hələ sovet dövründən qalma müalicə üsullarında da ailə dəstəyinin vacibliyi qeyd olunur, müalicə müddətində ailələrlə görüş təşkil edilirdi. Bu müəssisələrdə isə hər şey qondarma olub: “nəzarətçi”lər, “həkim” və “psixoloq”ların heç bir tibbi, narkoloji və ya ali psixoloji təhsili olmayıb. Düzdü, “12 addım” proqramları “tay-taya” prinsipi ilə fəaliyyəti əsas götürərək istifadəçilərin özünü də işə cəlb edə bilər. Lakin onlar reablitasiyanı həyata keçirən şəxslər deyil, ümumi proqramın sadəcə bir hissəsidi.
C.Musaoğlu
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Fənərbağça"nın qiyməti qaldırması ispanların geri çəkilməsinə səbəb oldu - Amrabatın transferi alınmadı
Bugün, 14:09 İDMAN
-
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bugün, 14:00 GÜNDƏM
-
ABŞ-da maraqlı olay: 100 ədəd M60 döyüş tankı dənizə atıldı - SƏBƏB + FOTOLAR
Bugün, 13:48 DÜNYA
-
"Sumqayıt" braziliyalı futbolçunu heyətinə cəlb edib
Bugün, 13:35 İDMAN
-
Dəniz Kərimzadə Kommunikasiya şöbəsinin müdiri təyin olunub
Bugün, 13:14 PRESS
-
Prezident Dövlət Proqramına dəyişikliyi təsdiqləyib - Əmlakın idarə edilməsi ilə bağlı
Bugün, 13:05 İQTİSADİYYAT
-
Sosial şəbəkələrdə qanun pozuntusu: yeni cərimələr müəyyənləşdi - Prezident dəyişiklikləri təsdiqlədi
Bugün, 12:58 PRESS
-
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO
Bugün, 12:40 GÜNDƏM
-
Müavinlər rəis təyin olundu - “Bakı Metropoliteni”də dəyişiklik
Bugün, 12:38 GÜNDƏM
-
Xocavəndə növbəti köç olub
Bugün, 12:32 GÜNDƏM
-
Yağış yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:25 CƏMİYYƏT
-
Salah rəsmən "Trabzonspor"da: formanı geyindi, ilk sözləri şəhəri həyəcanlandırdı - FOTOLAR
Bugün, 12:18 İDMAN
-
QHT sədri: “Çox təəssüf ki, bizdə narkologiya psixiatriyanı özünə rəqib görür” - MÜSAHİBƏ
Bugün, 12:12 CƏMİYYƏT
-
İstanbulda daha bir bələdiyyədə əməliyyat: 13 şübhəli saxlanılıb
Bugün, 12:09 DÜNYA
-
Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
Bugün, 12:02 İQTİSADİYYAT
-
Dənizkənarı Bulvar İdarəsində mənimsəmə... - Məhkəmə iclası
Bugün, 11:59 KRİMİNAL
-
Bağçalara növbəyə yazılma dayandırılıb
Bugün, 11:52 GÜNDƏM
-
Avqust bu bürc sahiblərinə sevinc gətirəcək - SİYAHI
Bugün, 11:47 MƏDƏNİYYƏT
-
Rusiya Kiyev bölgəsinə zərbə endirdi: 14 nəfər ölüb, yaralılar var
Bugün, 11:36 GÜNDƏM
-
Alim Qasımov: "Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram"
Bugün, 11:28 MƏDƏNİYYƏT
-
Saakaşvili: "5 ildir tarakanlarla dolu təkadamlıq kamerada saxlanılıram"
Bugün, 11:22 DÜNYA
-
Nazirliyin idarə rəisi Agentliyin sədr müavini təyin olunub
Bugün, 11:16 CƏMİYYƏT
-
İcra başçısı zəngi açsa da susub, müavini isə... - "Maşın qalmaqalı"na aydınlıq gətirilməyib + FOTOLAR
Bugün, 11:11 CƏMİYYƏT
-
TRAMP İRANI YENƏ HƏDƏLƏDİ: "Ya açılacaq, ya da daha sərt vuracağıq"
Bugün, 10:49 GÜNDƏM
-
Hava Hücumundan Müdafiə bölmələrinin istifadəsinə yeni hərbi obyektlər verildi - FOTOLAR
Bugün, 10:42 GÜNDƏM
-
Avropa Məhkəməsi Xaçmaz bazarının sahibinin qətli ilə bağlı hökumətə suallar ünvanladı - DETALLAR
Bugün, 10:38 GÜNDƏM
-
Deputatın qardaşı saxlanıldı - Türkiyədə
Bugün, 10:22 SİYASƏT
-
Beyin çürüməsi
Bugün, 10:11 YAZARLAR
-
Abşeronda "zapravka" yandı - VİDEO (YENİLƏNİB)
Bugün, 10:05 CƏMİYYƏT
-
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Bugün, 09:52 CƏMİYYƏT
-
Azərbaycan nefti daha 5 dollar ucuzlaşdı - Qara qızıl 91 dollara satılır
Bugün, 09:36 İQTİSADİYYAT
-
"Eyüpspor" nigeriyalı futbolçu ilə müqavilə imzaladı
Bugün, 09:13 İDMAN
-
"Samsunspor" yarımmüdafiəçi transfer etdi
Bugün, 09:02 İDMAN
-
Türkiyədə daha bir jurnalist həbs olundu
Bugün, 00:25 PRESS