TRAMP İRANI YENƏ HƏDƏLƏDİ: "Ya açılacaq, ya da daha sərt vuracağıq"

TRAMP İRANI YENƏ HƏDƏLƏDİ: \"Ya açılacaq, ya da daha sərt vuracağıq\"

GÜNDƏM

Bugün, 10:49

ABŞ prezidenti Donald Tramp İranı növbəti dəfə təhdid edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, tezliklə Hörmüz boğazının beynəlxalq ticarətə yenidən açılacağını iddia edib.

Tramp bildirib ki, əks halda İrana qarşı hərbi gücdən istifadə ediləcək: "Bu dəfə onları daha sərt formada vuracağıq"

ABŞ lideri "Fox News"a verdiyi müsahibədə İranla danşıqların davam etdiyini deyib: "Boğaz çox tezliklə açılacaq. Əks təqdirdə, dediyim kimi, onlara çox ağır zərbə vurulacaq və boğaz hərbi güclə tamamən  açılacaq".

O, daha sonra ənənəvi mesajını verib: "İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik. Tehran administrasiyası indi bizimlə razılaşma əldə etmək istəyir. Çox yaxşı danışıqlar aparırıq. Əgər razılaşma əldə etməsələr, yenidən danışıqlar masasından çəkilsələr, çox pis olacaq".

AP-nin məlumatına görə, İranla Oman arasında Hörmüz boğazından ticarət keçidinin bərpası ilə bağlı danışıqlarda irəliləyiş əldə olunsa da, təhlükəsizlik zəmanətləri, tranzit haqları və İranın tələbləri ilə bağlı fikir ayrılıqları davam edir.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR