Deputatın qardaşı saxlanıldı - Türkiyədə

Deputatın qardaşı saxlanıldı - Türkiyədə

SİYASƏT

Bugün, 10:22

Türkiyədə toxunulmazlığının qaldırılması üçün barəsində ittiham aktı hazırlanan Yeni Partiya üzvü (keçmiş CHP-li), deputat Vəli Ağbababanın qardaşı saxlanılıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir prokurorluğu məlumat yayıb.

 Məlumata əsasən, İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya iddiası ilə açılmış cinayət işi çərçivəsində  Vəli Ağbabanın qardaşı Hür Ağbaba da daxil olmaqla 2 şübhəli bu gün səhər Diyarbəkir və Malatyada  tutulublar.

Onlar tender saxtakarlığı ittihamı ilə həbs olunan Egeşehirin baş direktoru Süleyman Ekinci ilə işbirliyində ittiham olunurlar.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR