Daha bir CHP-li bələdiyyə sədri saxlanıldı

Daha bir CHP-li bələdiyyə sədri saxlanıldı

GÜNDƏM

Bugün, 10:32

Türkiyədə daha bir CHP-li bələdiyyə sədrinə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, "rüşvət", "tender saxtakarlığı". sənəd saxtakarlığı və sair ittihamlarla Menderes Bələdiyyəsində sübh çağı keçirilən əməliyyatla bələdiyyə sədri İlkay Çiçək başda olmaqla, 13 nəfər saxlanılıb, 3 şübhəli axtarışa verilib.

Xatırladaq ki, İlkay Çiçək 1983-cü ildə İzmirin Menderes rayonunda anadan olub. O, siyasi karyerasına CHP-də (Cümhuriyyət Xalq Partiyası) başlayıb və CHP-nin Menderes rayon sədri vəzifəsində çalışıb.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR