Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
CƏMİYYƏT
03.08.2026, 23:35
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən proses şahidlərin dindirilməsi ilə başlayıb.
Daha əvvəl məhkəməyə çağırılsa da, iştirak etməyən şahidlər yenidən prosesə dəvət olunublar. Zərərçəkən Ramin Abdullayevin nümayəndəsi məhkəmədən ona dəymiş ziyanın ödənilməsini, həmçinin iş üzrə digər şəxslərin də prosesə çağırılmasını xahiş edib. Hakim vəsatətə növbəti mərhələdə baxılacağını bildirib.
Şahid qismində ifadə verən Şəbnəm Heydərova təqsirləndirilən Gündüz Abbasovu tanıdığını, onun bacısının həyat yoldaşı olduğunu deyib. O bildirib ki, Gündüz Abbasovu abituriyentlərə texniki vasitələrin verilməsinin qanun pozuntusu olduğu barədə əvvəlcədən xəbərdar edib.
Hakim isə şahidin ibtidai istintaqda verdiyi ifadəni xatırladaraq, Gündüz Abbasovun vaxtilə Şəmkirdə fəaliyyət göstərən kursda iki dəfə olduğunu, sonuncu səfəri zamanı isə hüquq-mühafizə orqanlarının əməliyyat keçirdiyini qeyd edib.
Digər şahid Gültac Mehdiyeva məhkəmədə qəbul imtahanları zamanı Gündüz Abbasovun kursunda olmadığını bildirib. Lakin zərərçəkən tərəf onun imtahan günü kursda olduğunu iddia edib.
Dövlət ittihamçısı isə Gültac Mehdiyevanın ibtidai istintaqda fərqli ifadə verdiyini xatırladıb. Bildirilib ki, o, xüsusi texniki vasitələr quraşdırılmış abituriyentlərə kömək etdiyini və onların suallarını cavablandırdığını ifadəsində etiraf edib.
Məhkəmədə ifadə verən digər şahid Xəqani Mehdiyevdən kimya fənni üzrə suallarla bağlı izahat alınıb. Daha sonra onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. Həmin ifadədə Xəqani Mehdiyevin tanımadığı təxminən dörd abituriyentə texniki vasitələrin köməyi ilə yardım edəcəyini bildirdiyi qeyd olunub.
Prosesdə sonuncu şahid kimi dindirilən Ruslan Çobanovdan hakim 125 min manatın 77 min manatının hansı səbəbdən Gündüz Abbasova verildiyini soruşub. Ruslan Çobanov qalan vəsaitin isə Anar adlı şəxslə öz aralarında bölüşdürüldüyünü etiraf edib.
Sonra zərərçəkən tərəf məhkəmədə ifadə verən müəllimlərin əməllərinə hüquqi qiymət verilməsini və onlar barəsində Elm və Təhsil Nazirliyinə təqdimat göndərilməsini istəyib.
Növbəti məhkəmə prosesi avqustun 13-ü saat 16:00-a təyin edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qara dənizdə savaş şiddətlənir - Rusiya Ukraynanın 4 gəmisini vurub
Bugün, 00:29 DÜNYA
-
Danimarkada hərbi xidmət müddəti artırıldı
Bugün, 00:24 DÜNYA
-
5 günə 205 milyon tl... - Yeni Partiyaya fantastik məbləğdə ianə olunub
Bugün, 00:15 SİYASƏT
-
"Liverpul"dan PSJ-yə astronomik təklif - 100 milyon avrodan çox...
Bugün, 00:13 İDMAN
-
"Fənərbağça" "Benfika"nın hücumçusuna elçi düşüb
Bugün, 00:07 İDMAN
-
FIFA taxt-tacı uğrunda mübarizə şiddətlənir: Tramp İnfantinonu sona qədər qoruyacağına söz verib?
03.08.2026, 23:50 İDMAN
-
Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
03.08.2026, 23:35 CƏMİYYƏT
-
Dövlət Məşğulluq Agentliyində daha iki şöbə müdiri vəzifədən çıxarıldı
03.08.2026, 22:46 CƏMİYYƏT
-
Ukrayna Qara dənizdə Türkiyə gəmisini dronlarla vurdu: yaralılar var - VAHİM GÖRÜNTÜLƏR YAYILDI + FOTOLAR
03.08.2026, 22:28 GÜNDƏM
-
İmişlidə zəlzələ olub
03.08.2026, 22:16 GÜNDƏM
-
TƏBİB rəhbəri bir il əvvəl təyin olunmuş direktoru vəzifədən azad etdi
03.08.2026, 20:55 CƏMİYYƏT
-
ABŞ prezidenti: "İran rejimi inanılmaz dərəcədə ikiüzlüdür!" - "Mən deyirəm: onlar yalan danışırlar!"
03.08.2026, 20:31 GÜNDƏM
-
Xəzərdə 15 yaşlı uşaq boğulub
03.08.2026, 20:29 CƏMİYYƏT
-
Oğulla müavinin şəkil çəkdirmək xəstəliyi... - “Turan Tovuz”un prezidenti ilə Aziz Yıldırımın görüşü barədə maraqlı fakt + FOTOLAR
03.08.2026, 19:39 İDMAN
-
Məşhur aktyor "Uzak Şəhər"də - FOTO
03.08.2026, 19:02 MƏDƏNİYYƏT
-
"Manifest" Türkiyəni tərk edir
03.08.2026, 18:55 ŞOU-BİZNES
-
Mikayıl Cabbarov Elnur Məmmədli və Kamran Ələsgərovla görüşüb - FOTO
03.08.2026, 18:23 İQTİSADİYYAT
-
CHP tarixində bir ilk - Bu şəhərdə partiyanın bir bələdiyyə sədri də qalmadı
03.08.2026, 18:01 DÜNYA
-
Lənkəranda açıq ərazidə yanğın başlayıb - VİDEO
03.08.2026, 17:36 GÜNDƏM
-
Bakı Qızlar Universitetinin tələbələri hansı universitetə köçürüləcək? - ETN-dən açıqlama
03.08.2026, 17:18 CƏMİYYƏT
-
İlin son Günəş tutulması bu ay olacaq
03.08.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
03.08.2026, 17:00 İQTİSADİYYAT
-
Xırdalanda ər-arvad bir-birini bıçaqladı - Biri ölüb, digəri isə... (YENİLƏNİB)
03.08.2026, 16:59 KRİMİNAL
-
İstanbulda biznesmen güllələnib
03.08.2026, 16:40 KRİMİNAL
-
Əli Əsədov notariat hərəkətləri barədə yeni qərar imzalayıb
03.08.2026, 16:40 GÜNDƏM
-
Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibi kim olacaq?
03.08.2026, 16:23 İDMAN
-
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
03.08.2026, 16:20 CƏMİYYƏT
-
MİQ üzrə müsabiqənin vakansiya seçimi başlayır
03.08.2026, 16:06 CƏMİYYƏT
-
VƏZİFƏLİ ŞƏXS MƏHKƏMƏDƏ ELƏ ANONSLAR VERDİ Kİ... - "Lazım gəlsə, hər şeyi danışacağam, bilin ki, bu gün Səhiyyə Nazirliyi ayaqdadırsa, nə isə…”
03.08.2026, 15:50 CƏMİYYƏT
-
XİN: "Minalardan azad gələcək dayanıqlı sülhün təmin olunmasının əsas şərtidir"
03.08.2026, 15:40 SİYASƏT
-
Taliban rejiminə qarşı yeni hərbi əməliyyat başlayıb - General Sadat kimdir və o, nə istəyir? (TƏHLİL)
03.08.2026, 15:24 SİYASƏT
-
SOCAR "Azəri-Çıraq-Günəşli" layihəsində "Itochu"ya məxsus iştirak payını aldı - DETALLAR
03.08.2026, 15:09 İQTİSADİYYAT
-
ÖZGÜR ÖZƏLİN PARTİYASI ƏRDOĞANA RƏQİB OLUR - Son sorğunun NƏTİCƏLƏRİ
03.08.2026, 14:58 SİYASƏT
-
Böyük Britaniyada şok olay: 100 mindən çox polisin məlumat "sızdırıldı"
03.08.2026, 14:51 DÜNYA