5 günə 205 milyon tl... - Yeni Partiyaya fantastik məbləğdə ianə olunub

5 günə 205 milyon tl... - Yeni Partiyaya fantastik məbləğdə ianə olunub

SİYASƏT

Bugün, 00:15

Bir həftə əvvəl CHP-dən ayrılaraq Yeni Partiya quran Özgür Özəlin partiyanın idarə olunması üçün xalqdan maliyyə yardımı istəyinə minlərlə tərəfdar dəstək verməyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 5 gün əvvəl olunan çağırışla  kampaniyaya 113678 vətəndaş qoşulub.

Məlumata görə, bu müddətdə partiyanın elan olunan hesabına fantastik məbləğ -  240.305.252 TL (təxminən 8.5 milyon dollar) toplanıb.

Yeni Partiya sədrinin müavini Özgür Ceylan kampaniyaya qatıklan hər kəsə təşəkkür edib: "Toplanan ianələr barədə məlumatları açıqlamağa davam edəcəyik. Yol hər şeydən üstündür. Bizim yolumuz xalqın yoludur!".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR