ABŞ prezidenti: "İran rejimi inanılmaz dərəcədə ikiüzlüdür!" - "Mən deyirəm: onlar yalan danışırlar!" 

ABŞ prezidenti: \"İran rejimi inanılmaz dərəcədə ikiüzlüdür!\" - \"Mən deyirəm: onlar yalan danışırlar!\" 

GÜNDƏM

Bugün, 20:31

"Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti açıqlamasında deyib.

O, rəsmi tehranı ikiüzlü olmaqda ittiham edib: "İran rejimi inanılmaz dərəcədə ikiüzlüdür! Onlar görüş tələb edirlər. Hətta yalvarırlar. Lakin görüşlər başlayan və ya başlamaq anına az qalmış açıq və qürurla heç bir görüş keçirmədiklərini, heç bir şey müzakirə olunmadığını deyirlər. Guya Hörmüz boğazı ilə bağlı yalnız Omanla müzakirə apardıqlarını açıqlayırlar. Hələ bir az da qabağa gedərək, Hörmüz boğazının onlar tərəfindən güclü şəkildə idarə olunacağını deyirlər. Mən isə deyirəm: yalan danışırlar! Boğaz artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin tam nəzarətimizdədir. O bölgə bizim blokadamız və daha dəqiqi, ABŞ-ın "Polad Divarı" tərəfindən tamamilə idarə olunur! Biz istəmədikcə İrana heç nə keçə bilməz. Təkrar edirəm: İran bunu qəbul etmək istəsə də, istəməsə də, əslində on illərdir özlərinin yaratdığı problemi həll edəcəyik".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR