Xırdalanda ər-arvad bir-birini bıçaqladı - Biri ölüb, digəri isə... (YENİLƏNİB)

Xırdalanda ər-arvad bir-birini bıçaqladı - Biri ölüb, digəri isə... (YENİLƏNİB)

KRİMİNAL

Bugün, 16:59

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ərazisindən çağırış qeydə alınıb.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qadın isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, qarın divarının kontuziyası diaqnozları təyin edilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Müvafiq laborator və instrumental müayinələr aparıldıqdan sonra pasiyent cərrahi əməliyyata alınıb.

***

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib.

Mia.az xəbər verir ki, ər və arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb.

Nəticədə kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR