VƏZİFƏLİ ŞƏXS MƏHKƏMƏDƏ ELƏ ANONSLAR VERDİ Kİ... - "Lazım gəlsə, hər şeyi danışacağam, bilin ki, bu gün Səhiyyə Nazirliyi ayaqdadırsa, nə isə…”
CƏMİYYƏT
03.08.2026, 15:50
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin 800 minlik yeyintidə ittiham olunan sabiq rəisi Mehdi Əmrahovun məhkəmə araşdırması davam edir.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb.
Əmrahov əvvəlki prosesdə olduğu kimi verilmiş ittihamla razılaşmadığını təkrarlayıb, özünü sadəcə düzgün idarəçilik etməməkdə günahlandırıb.
20 il idarə rəisi işləmiş müttəhim deyir ki, tabeliyində 54 nəfər işçi olub. Amma işlədikləri binada təmir getdiyi üçün 2 il əməkdaşlar onlayn qaydada evdən çalışıblar. İttihamda göstərilən cinayət hadisəsi də həmin dövrə aiddir: “Mən insan təlafatının qarşısını almaq üçün bu addımı atmışdım. Çünki binanın üzü tam sökülmüşdü. Kiminsə başına daş düşə bilərdi, ağır hadisələr olardı. Düzdür, əməkdaşların onlayn işə keçməsi üçün nazirin qərarı yox idi. Buna baxmayaraq, müşavir Rüfət Hacıəlibəyov (ötən ay səhiyyə nazirinin müavini təyin edilib-red) məsələdən xəbərdar idi, demişdi narahat olmayın, nazirlə danışacağam”.
Təqsirləndirilən şəxsin son cümləsi prokuror Valeh Ələkbərovda sual yaradıb. Prokuror Rüfət Hacıəlibəyovun əməkdaşların onlayn işləməyinə icazə verməsini iş materiallarında yazılanlarla ziddiyyət təşkil etdiyini deyib. O, “Rüfət Hacıəlibəyov icazə vermişdisə, bəs niyə sonradan sizi elə o yoxlayıb?!”, - deyə ritorik sual verib.
Prokuroru maraqlandıran əsas məsələ isə Əmrahovun özünü təqsirli bilmədiyi halda vurulmuş ziyandan niyə 30 min manat ödəməsidir.
Təqsirləndirilən şəxs bunun səbəbini ancaq həbs edilmək istəməməsi ilə əlaqələndirib: “Müstəntiq dedi ki, ödəmirsə, konvoyu çağırın, getsin içəri… Buna görə məcbur qalıb ödəniş elədim, yoxsa mən dəliyəm, pul verim?”
Əmrahov əsasən işə gəlməyən şəxslərin adına yazılan əmək haqlarının ələ keçirilməsinə görə mühakimə edilir. İstintaq materiallarında yazılıb ki, işçilərdən çoxunun pulunu Kadrlar şöbəsinin əməkdaşı Yeganə Eyvazova evinin yanındakı bankomatdan çıxararaq ona çatdırıb. Yeganə özü də bu gün şahid qismində ifadə verib, deyilənləri təsdiqləyib. Xanım şahid sadəcə işini itirməmək üçün bu addımı atdığını etiraf edib. Digər şahidlər dindirilmədiyi üçün Yeganənin ifadəsinin davamını təqdim etmirik.
Bu iş üzrə adı keçən şəxslərdən biri də Əmrahovun rəhbərlik etdiyi idarənin mühasibatlığında çalışan Arifdir. Arif tenderlərdə qalib gələn şirkətlərdən köçürülən pulları idarə rəisinə çatdırıb. İstintaq materiallarında yazılanlardan görünən odur ki, o, şirkətdə mühüm rol oynayıb. Amma müttəhim bununla da razılaşmayıb, Arifin sadəcə baş mühasibə tender işlərində kömək etdiyini deyib. Onun sözlərinə görə, baş mühasibin tender işlərindən başı çıxmırmış.
Əmrahovun bu sözü həm hakimləri, həm də ittiham tərəfini təəcübləndirib.
“Necə yəni mühasib tenderi bilmirdi, elə şey olar? Mühasibin elə ən yaxşı bildiyi iş tenderlə bağlıdır”,-hakim Neymət Məmmədov deyib.
Bu günə qədər daha rahat və ittihamı təbii qarşılayan təqsirləndirilən şəxs prosesin sonunda özündən çıxıb. O, cinayət məsuliyyətinə cəlb edilməsinə şərait yaradanların olduğuna işarə edərək lazım gəlsə, hər şeyi danışacağını deyib: “Bakı şəhərindəki bütün təcili yardım avtomobilləri dəyişdi. Bunun təşəbbüskarı mənəm. Bundan əlavə, onkoloji xəstəliklər və şəkərli diabet xəstəlikləri ilə bağlı layihənin rəhbəri də mən olmuşam. Səhiyyə naziri Teymur Musayev həmin layihələrə görə mənə təşəkkür edib. Bunlar niyə deyilmir? İndi qatil, cani olmuşam. Bilin ki, bu gün Səhiyyə Nazirliyi ayaqdadırsa, nə isə…”.
Bundan sonra proses başa çatıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas sentyabrın 21-i olacaq.
Qeyd edək ki, M.Əmrahov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, ibtidai istintaq boyu azadlıqda olub. Lakin ilk məhkəmə iclasında dövlətə dəymiş ziyanın hələ də ödənilmədiyi müəyyən edildikdən sonra hakim öz təşəbbüsü ilə onun həbs edilməsinə qərar verib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ağdamda traktor minaya düşüb
Bugün, 00:12 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istefa verdi - FOTOLAR
04.09.2026, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
04.09.2026, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
04.09.2026, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
04.09.2026, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
04.09.2026, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
04.09.2026, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
04.09.2026, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
04.09.2026, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
04.09.2026, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
04.09.2026, 13:53 ŞOU-BİZNES