Ağdərədə mina partlayışı: iki QHT rəsmisi ağır xəsarətlər alıb (YENİLƏNİB)

Ağdərədə mina partlayışı: iki QHT rəsmisi ağır xəsarətlər alıb (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 11:49

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina partlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  Mia.az-a bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

***

Ağdərə rayonu Çardaqlı kəndi ərazisində baş verən mina partlayışı səbəbilə 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası icra olunub.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR