Keçmiş spikerdən sabiq baş nazirin qərarına reaksiya: "...getməməliydiniz"

Keçmiş spikerdən sabiq baş nazirin qərarına reaksiya: \"...getməməliydiniz\"

SİYASƏT

Bugün, 10:36

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Bülent Arınç sabiq baş nazir Əhməd Davudoğlunun lideri olduğu Gələcək Partiyasını bağlayaraq siyasətdən çəkilmək qərarını təqdir edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Davudoğlu ilə uzun illər birlikdə çalışdıqlarını xatırladıb.

Bildirib ki, 2009-cu ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən Baş nazirin müavini və hökumət sözçüsü təyin edilib, Əhməd Davudoğlu isə Xarici İşlər Naziri olub: "Ərdoğan 2014-cü ildə prezident seçildikdən sonra Davudoğlu AK Partiyanın lideri və Baş nazir vəzifəsində çalışıb, özü isə təxminən bir il yarım Baş nazirin müavini vəzifəsində çalışıb".

Arınç Davudoğlunu tanımaqdan və onunla bir yerdə işləməkdən şərəf duyduğunu vurğulayıb və onu  "bilikli, analitik düşüncəli, problem həll edən, vətənpərvər, əxlaqlı və beynəlxalq səviyyədə hörmət edilən bir şəxsiyyət" kimi xarakterizə edib.

O, sabiq Baş nazirin vaxtilə AKP-dən ayrılaraq Gələcək Partiyasının təsis etməsinə  də oxunub və qeyd edib ki, bu, yanlış qərar idi: "Cənab Davudoğlunun AK Partiyaya qarşı bir partiya qurmasını elə o vaxt etik saymadım. AK Partiya bizim evimizdir. Biz AKP-ni birlikdə qurduq və orada möhtəşəm xidmətlər göstərdik. Siz AK Partiyada liderimizə sadiq qalmalı, tənqid etmək və təklif etmək hüquqlarınızdan bu çərçivədə maksimum dərəcədə istifadə etməli idiniz..."

Sabiq spikerin açıqlamasının tam mətni ilə aşağıda tanış ola bilərsiniz:

F.SƏFƏRLİ

MİA.AZ

"BU PROSESS SİZİN ÜÇÜN ƏHƏMİYYƏTLİ BİR TƏCRÜBƏ İDİ"

Davudoğlunun keçdiyi siyasi prosesin həm Türkiyə siyasi tarixi, həm də özü üçün əhəmiyyətli bir təcrübə olduğunu bildirən Arınç açıqlamasında aşağıdakı qiymətləndirməni edib:

"İnanıram ki, bu proses həm siyasi tariximiz, həm də sizin üçün əhəmiyyətli bir təcrübə idi."

"SƏN ƏRBAKANDAN SONRA İKİNCİ MÜƏLLİM KİMİ AÇILIRSAN"

Arınç Davudoğluna tərif sözlərini bu ifadələrlə davam etdirdi: "Bizim düşüncə tərzimizdə iki müəllim var. Mərhum müəllimimiz Ərbakandan sonra ikinci müəllim kimi xatırlanırsınız. Nə qədər şanslısınız."

Arınç açıqlamasının sonunda Davudoğluna ölkə və millət qarşısındakı xidmətlərinə görə təşəkkür etdi, ona və ailəsinə can sağlığı və xoşbəxtlik arzuladı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR