Natiq Cəfərli: "Mərkəzi bank diplomatik dillə və ÜDM-lə bağlı narahatlığını ifadə edir" - "Bu, hökumətin işidir"

Natiq Cəfərli: \"Mərkəzi bank diplomatik dillə və ÜDM-lə bağlı narahatlığını ifadə edir\" - \"Bu, hökumətin işidir\"

İQTİSADİYYAT

Bugün, 13:37

"Mərkəzi Bank bu il Azərbaycanda iqtisadi artımın 0,5 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 % olacağını gözləyir".

Mia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, may ayının proqnoz belə idi :2026-cı ildə ölkədə ümumi daxili məhsulun artımı (ÜDM) 1,1%, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2% - yəni gözlənti pisləşib:

"Mərkəzi Bank (MB) dövlət orqanı olaraq ölkədə iqtisadi aktivliyin azaldığını görür, bilir ki, hökumətin iqtisadi problemlərə yanaşması iqtisadiyyatın çarxlarını yavaşladır. Amma MB ın mandatına iqtisadi aktivliyi yüksəltmək daxil deyil, bu, hökumətin işidir və MB diplomatik dillə və ÜDM-lə bağlı daha real proqnozlarla narahatlığını ifadə edir. Bəs hökumət nə düşünür, nə etmək istəyir? Reallığı nədən görmür?".

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR