Qlobal QİÇS böhranına qarşı tarixi görüş - Zülfiyyə Mustafayeva: “Köhnəlmiş mübarizə modellərini dəyişmək vaxtıdır”
CƏMİYYƏT
Bugün, 13:08
Rio-de-Janeyroda 26-cı Beynəlxalq QİÇS Konfransı (AIDS 2026), Braziliyanın Rio-de-Janeyro şəhərindəki məşhur “Riocentro” mərkəzində və eyni vaxtda virtual formatda uğurla işinə davam edir.
Bu tədbir İİV və QİÇS-lə qlobal mübarizədə həlledici dönüş nöqtəsi ola bilər.
“Ona görə yox ki, konfrans İİV əleyhinə peyvənd çağırışlarını önə çəkib”, - deyən “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva Mia.az-a açıqlama verib.
O bildirib ki, dünyanın ən böyük səhiyyə forumlarından biri olaraq, maliyyə ixtisarları və proqram böhranlarının yaşandığı kritik bir dönəmdə qlobal birliyi bir araya gətirib: "Çoxdan gözlənilən peyvənd kəşflərinin uğuruna dair açıqlamalarsa konfransın işindən gözləntiləri daha da yüksəldib”.
Z.Mustafayevanın sözlərinə görə, hazırda bütün dünyada QİÇS, vərəm və malyariya üzrə qabaqlayıcı proqramların tətbiqi üçün yeganə maliyyə institutu olan Qlobal Fondun yaşadığı maliyyə böhranı bir sıra kasıb ölkələri çətin vəziyyətə salıb. Antiretrovirus (ARV) preparatları ala bilməyən ölkələrdə insanların həyatı təhlükədə qalıb. Qlobal Fondun (QF) maliyyələşməsinə söz verən böyük ölkələr susur. Maliyyə böhranı üzündən QF ölkələrə maliyyəsini azaldıb: “İİV-lə mübarizənin əsasını təşkil edən ARV terapiyada fasilə isə virusun mutasiyasna, aqressivliyinə və sonda insanın ölümünə səbəb olur. Belə demək mümkünsə, əvvəllər “sağlamlığı pulla almaq olmaq”, - misalı var idisə, indi onu dəyişərək əminliklə demək olar ki, İİV-lə mübarizədə sağlamlıq məhz pulla alınır”.
Böhran dövrünün şüarı isə maliyyə çatışmazlığı fonunda daha effektiv mübarizə metodlarının seçilməsini özündə əks etdirir: "Yenidən düşün. Yenidən qur. Yüksəl" ("Rethink. Rebuild. Rise"): “Təşkilatçılar bildirir ki, İİV əleyhinə proqramları büdcə çatışmazlığı ilə üzləşdiyi bir vaxtda köhnəlmiş mübarizə modellərinə yenidən baxmaq, səhiyyə sistemlərini insan mərkəzli qurmaq və qlobal həmrəyliyi artırmaq mütləqdir”.
Qeyd edək ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən 10 minə yaxın alim, siyasətçi, tibb işçisi və İİV-lə yaşayan icma nümayəndələri iştirak edir.
BMT-nin İİV əleyhinə birləşmiş proqramı olan UNAIDS-in son hesabatı və 2030 hədəfləri də konfransda səslənib: “UNAIDS dünyadakı real vəziyyəti əks etdirən son HİV məlumatları ilə zəngin "United to End AIDS" adlı xüsusi hesabatını ictimaiyyətə təqdim edib. Sənəddə HİV epidemiyasını 2030-cu ilə qədər ictimai sağlamlıq təhdidi olmaqdan tamamilə çıxarmaq üçün ölkələrin üzərinə düşən maliyyə və siyasi öhdəliklər xüsusi vurğulanır. Əsas müzakirə mövzuları ilə yanaşı tibbi yeniliklərə dair məlumatlar da diqqəti cəlb edir. Məsələn, uzunmüddətli təsirə malik müalicə metodları, ildə cəmi iki dəfə vurulan HİV-dən qorunma iynələri və həftədə bir dəfə qəbul edilən yeni oral dərman formalarının kliniki sınaq nəticələri bəzi hallarda icma nümayəndələrinin mübahisəsinə çevrilir. Təbii ki, ən çox mübahisə dayanıqlı maliyyələşmə probleminə aid olur: insanlar qlobal fondların və yerli hökumətlərin səhiyyə büdcələrini artırması yollarını üzərində baş sındırır”.
Maraqlıdı ki, dünya ölkələri İİV-lə yanaşı digər infeksiyaların, məsələn, sifilis və s. də artımından narahatdı və birgə mübarizə strategiyalarının hazırlanmasını önə çəkir: “Bu konfransın əsas əhəmiyyəti həm də ondadı ki, qlobal elmi yenilikləri hər kəs üçün əlçatan etmək və virusa yoluxmuş insanların hüquqlarını qorumaq üçün növbəti beş illiyin əsas yol xəritəsi müəyyən ediləcək. Qlobal maliyyə böhranı və HIV proqramlarında ixtisarlar bütün ölkələri daha mükəmməl metodları sınaqdan keçirməyə məcbur etdiyiçün biz yaxın illərdə innovativ yanaşmaların şahidi olacağıq. Məsələn, süni intellektin HIV müalicəsi və profilaktikasında rolu hazırda müzakirə mövzusudu”.
Maliyyə böhranı fonunda HİV proqramlarına dəstək “Qlobal HİV Strategiyası”nın (2026–2031) hədəfləri sırasındadı. Azərbaycanda da 2005-ci ildən fəaliyyət göstərən Qlobal Fond proqramları indiyədək vətəndaş qurumları tərəfindən uğurla həyata keçirilir. Zərərin azaldılması proqramları İİV-lə mübarizədə bütün dünyada effetktiv usul olduğu üçün riskli davranışa malik insan qrupları (inyeksion narkotik istifadəçiləri, qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar və kişilər) arasında həm QF-un, həm də dövlət büdcəsinin dəstəyilə reallaşdırılır: “Bizim təşkilatımız risk qrupları ilə 2006-cı ildən işləyir. Onların arasında İİV-in yayılması il-ildən azalır”.
Z.Mustafayevanın sözlərinə görə, gənclərin arasında narkotik əleyhinə və İİV ilə bağlı aparılan maarifləndirmə işləri dövlət qurumlarıyla əməkdaşlıq çərçivəsində həyata keçirilir:
- Məsələn, idman sahəsi, xüsusilə futbol geniş auditoriyaya malikdi. Biz çox maraqlıyıq ki, belə tədbirlərdə İİV əleyhinə mesajlar verilsin, insanların məlumatlılıq səviyyəsi artsın. İndiyədək bir sıra idman qurumları bizə kütləvi maarifləndirmə işlərində yardım edib. Bu xüsusda Azərbaycan Peşəkar Futbol Liqasının dəstəyini xüsusi qeyd etmək istəyirəm. Futbol üzrə Azərbaycan kubokunun final görüşündə, "Sabah" -"Zirə" futbol klublarının qarşılaşması zamanı, təşkilatımız Respublika QİÇS-lə Mübarizə Mərkəziylə (RQMM) birlikdə Palms Sport Arenaya toplaşan izləyiciləri İİV/QİÇS-lə bağlı informasiya materialları ilə təmin edib. Oturacaqların üzərinə bukletlər düzülüb, Arenanın fan zonasında maarifləndirici bannerlər quraşdırılıb. İzləyicilər paylanan bukletlər vasitəsilə İİV-ə yoluxma yolları, risk faktorları, İİV-ə müayinənin vacibliyinə dair ətraflı məlumat əldə edib. Fan zonada azarkeşlərin sualları cavablandırıb. Bundan başqa, final görüşü zamanı stadiondan oyunun şərhi zamanı, keçirilən aksiya barədə məlumat açıqlanıb, azarkeşlərə İİV barədə qısa məlumat verilib, bu virusla birgə mübarizənin və müayinənin əhəmiyyəti vurğulanıb. Ümumillikdə aksiya 7045 nəfəri əhatə edib və RQMM əməkdaşları, könüllülər iştirak edib.
Bu tipli tədbirlərdə məqsəd daha çox əhali qrupunun virusla bağlı məlumatla təmin edilməsi, mövcud informasiya səviyyəsinin artırılması, müayinələrə cəlbetmənin təşviqi və beləliklə, davamlı və keyfiyyətli profilaktikanın həyata keçirilməsidi.
- Bəs risk qripları arasında hansı tədbirlər görülür?
- Profilaktika işlərinə şprislərin dəyişdirilməsi, qoruyucuların paylanması, İİV barədə məlumatın verilməsi daxildi. Eyni zamanda, sosial müşayiət, ARV terapiyaya sadiqliyun təbliği, hamiləliklərin idarə olunması və s. bizim təşkilatın hazırda həyata keçirdiyi zərərin azaldılması proqramlarının əsasını təşkil edir.
Hüseyn
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kanadanın keçmiş baş naziri dünyaca məşhur pop ulduzla "elə anda yaxalandı ki..." - FOTO
Bugün, 14:14 ŞOU-BİZNES
-
Avqustun hava proqqnozu açıqlanıb
Bugün, 14:09 CƏMİYYƏT
-
Aparıcı memarı təhdid edir - "Ərimlə sevgilidir"
Bugün, 14:02 ŞOU-BİZNES
-
Pensiyasından imtina etdi: “Bu, biabırçılıqdır”
Bugün, 13:49 MƏDƏNİYYƏT
-
Çin İranla bağlı xəbəri təkzib etdi
Bugün, 13:17 GÜNDƏM
-
Müğənni Sevda Əliqızı: "Onun çörəyini yemişəm"
Bugün, 13:12 ŞOU-BİZNES
-
Qlobal QİÇS böhranına qarşı tarixi görüş - Zülfiyyə Mustafayeva: “Köhnəlmiş mübarizə modellərini dəyişmək vaxtıdır”
Bugün, 13:08 CƏMİYYƏT
-
Nazir xanımıyla festivalda - FOTOLAR
Bugün, 12:54 MƏDƏNİYYƏT
-
Bu halda saytlara blok qoyulacaq - Yeni qanun təsdiqləndi
Bugün, 12:34 PRESS
-
Prezident bu vəzifəli şəxslərlə bağlı fərman imzaladı: Xüsusi dövlət rabitəsi ilə təmin olunacaqlar - SİYAHI
Bugün, 12:22 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:19 CƏMİYYƏT
-
Metroda problem yaranıb, sərnişinlər platformadan çıxarılıb - VİDEO
Bugün, 12:05 GÜNDƏM
-
CHP-nin "qoca çinar"ı Kılıçdaroğlunu "yıxıb-sürüdü": "70 il üzv olduğum partiyanı belə görmək və belə ayrılmaq çox ağırdır"
Bugün, 11:53 SİYASƏT
-
Yevlaxda 16 yaşlı yeniyetmə zəhərlənərək ölüb
Bugün, 11:47 CƏMİYYƏT
-
İran ərəb ölkələrini hədələdi: "ABŞ-ın hücumu davam etdikcə..."
Bugün, 11:22 DÜNYA
-
Prezident İlham Əliyev Krala məktub göndərdi - MƏTN
Bugün, 11:07 GÜNDƏM
-
Məşhur aktyor belə saxlanıldı - FOTOLAR
Bugün, 11:03 MƏDƏNİYYƏT
-
Lukaku Türkiyəyə gəldi
Bugün, 10:50 İDMAN
-
İsa Qəmbər və komandası Qarabağda - FOTOLAR
Bugün, 10:50 SİYASƏT
-
Azərbaycan nefti daha 7 dollar bahalaşdı - Qara qızılımız 100 dollara qalxdı
Bugün, 10:30 İQTİSADİYYAT
-
TƏBİB rəhbəri daha bir baş həkimi vəzifədən azad edib
Bugün, 10:25 CƏMİYYƏT
-
Media sahəsi poliqondur ki... - Daha bir qurum jurnalistlərə təlim adıyla 87 min ayırdı
Bugün, 10:09 PRESS
-
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTOLAR
Bugün, 10:09 CƏMİYYƏT
-
Rusiya Ukraynanın 7 bölgəsinə ağır zərbələr endirib - "3 GƏMİ DƏ VURULUB"
Bugün, 09:54 GÜNDƏM
-
Tiflisə bahalı qatar bileti... - AGENTLİK SABİQ PARTİYA SƏDRİNİN ŞİKAYƏTİNƏ BAXMAĞI YUBADIR
Bugün, 09:42 CƏMİYYƏT
-
Məşhur aktyor saxlanıldı
Bugün, 09:35 SİYASƏT
-
Çandrel Massanqa "Eyüpspor" ilə rəsmi müqavilə imzaladı
Bugün, 09:11 İDMAN
-
"Trabzonspor" 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb - Maaşı isə...
Bugün, 09:02 İDMAN
-
İndoneziyada dəhşətli hadisə: nəhəng "Piton" 35 yaşlı kişini diri-diri uddu
Bugün, 00:59 DÜNYA
-
"Qalatasaray"ın prezidenti: "İkardini dəvət etdim, cavabını gözləyirəm"
Bugün, 00:13 İDMAN
-
Vinçenzo İtalyano: "Ümid edirəm ki, bu gün turu keçən komanda biz olacağıq"
Bugün, 00:07 İDMAN
-
Çempionlar Liqası: "Fənərbağça" tur adladı
Bugün, 00:01 İDMAN
-
Paşinyandan rəsmi Moskvaya xəbərdarlıq: “Ermənistanla bağlı məsələ öz həllini tapmasa..."
29.07.2026, 23:44 SİYASƏT
-
Mərkəzi Bankın sədri: “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
29.07.2026, 23:37 İQTİSADİYYAT