QƏZZADA QRUPLAŞMALAR SİLAHI BURAXDI? - Tramp bəyanat verdi, 3 ölkəyə təşəkkür etdi, qarşı tərəf isə...
GÜNDƏM
Bugün, 08:57
ABŞ Prezidenti Donald Tramp Qəzzada HƏMAS və digər silahlı qrupların tərksilah edilməsi ilə bağlı tarixi bir razılaşmanın olduğunu dünyaya bəyan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bəyanatında vasitəçilik səylərinə görə Türkiyə, Qətər və Misirə təşəkkür edib.
Bildirib ki, Qəzza Sülh Komitəsi ilə Qəzzadakı silahlı qruplar, əsasən HƏMAS arasında bu qrupların tərksilah edilməsi ilə bağlı razılaşma əldə olunub: "Bu, davamlı sülh və təhlükəsizliyə doğru böyük bir addımdır. Bu razılaşma Qəzzanın, nəhayət, Fələstin xalqına kömək etmək üçün Sülh Komitəsi ilə sıx əməkdaşlıq edəcək yeni bir Fələstin hökuməti tərəfindən idarə olunması istiqamətində vacib bir addımdır. Razılaşmaya əsasən, Qəzza yeni Fələstin hökuməti tərəfindən idarə olunacaq. Qəzza, nəhayət, xalqına xidmət edən yeni Fələstin hökumətinin əlində olacaq. Hamının heç vaxt əldə edilə bilməyəcəyini söylədiyi bu möhtəşəm inkişaf münasibətilə hər kəsi təbrik edirəm."
ABŞ Prezidenti Tramp İsrail ordusunun tərksilah prosesi irəlilədikcə Qəzzadan çəkiləcəyini də iddia edib: "Tərsilah tamamlandıqca İsrail qüvvələri geri çəkiləcək və Beynəlxalq Sabitləşdirmə Qüvvələri Qəzzanın sakinlərinin və qonşularının təhlükəsizliyini təmin etmək üçün məsuliyyəti öz üzərinə götürmək üçün yeni Fələstin polis qüvvəsi ilə işləyəcək. Bəli, biz tarixi irəliləyiş əldə etdik və hələ görüləsi çox iş var. Vasitəçilərə - Misirə, Qətərə və Türkiyəyə əhəmiyyətli səylərinə görə, xüsusən də yorulmaz işi ilə bu tarixi irəliləyişi mümkün edən gözəl komandama təşəkkür etmək istəyirəm."
Trampın açıqlamasından sonra HƏMAS-dan ilk açıqlama gəlib.
HƏMAS-ın rəsmisi Qazi Həməd Qətərdə Əl-Cəzirə televiziyasına açıqlamasında bildirib ki, İsrail müqavilə üzrə öhdəliklərini yerinə yetirməsə, tərksilahla bağlı heç bir addım atmayacaqlar: "Fələstin xalqının hüquqlarını qorumaq kimi milli məqsədlərimizə sadiqik. İşğalçı qüvvələr (İsrail) müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməlidir. Əks halda silahı buraxmayacağıq. Bəli, silah məsələsinə təcrid olunmuş şəkildə baxmaq olmaz, çünki bu, İsrailin Qəzza zolağından çıxması və bölgənin yenidən qurulması kimi fundamental məsələlərlə birbaşa bağlıdır. İsrailin müqaviləyə tam riayət etməsişərtdir. Unutmayaq ki, İsrail Şarm əl-Şeyx Sazişinin birinci mərhələsində təxminən 3500 pozuntu törədib. İsrail xəyanət və qətl üzərində qurulmuş təcavüzkar bir dövlətdir, buna görə də sazişə əməl etməyib".
Fələstin İslam Cihad Hərəkatı da sazişlə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Hərəkatın bəyanatına əsasən, Fələstin silahlı qrupları ilə İsrail arasında saziş barədə yayılan xəbərlərin yanlışdır
"Mediada Fələstin qrupları ilə düşmən İsrail arasında sazişlə bağlı açıqlanan məlumatlar doğru deyil".
Tahir Şəlvəli
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu
Bugün, 10:15 GÜNDƏM
-
Mərkəzi Bank uçot faiz dərəcəsi ilə bağlı yeni qərar verdi
Bugün, 10:09 İQTİSADİYYAT
-
İraqlı nazir Ərdoğanın istədiyi sənədi niyə imzalamamışdı? - Açıqlama
Bugün, 10:06 DÜNYA
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bugün, 10:00 İQTİSADİYYAT
-
Rusiyada dünyanın diqqətni çəkən yeni ixtira: Xərçəng peyvəndi ilk klinik sınaqlardan uğurlu çıxdı
Bugün, 09:43 GÜNDƏM
-
Azərbaycanla Qırğızıstan arasında yeni sənədlər imzalandı - SİYAHI
Bugün, 09:43 GÜNDƏM
-
Yeni Partiya yardım istədi, 24 saata bu qədər pul yığıldı
Bugün, 09:29 SİYASƏT
-
Miqrant axını İspaniyanı ağuşuna aldı: zorla evlərə girirlər - Ordu sərhədə yeridilir, Avropa Madridə sərhədi qapadır
Bugün, 09:09 DÜNYA
-
"İğdır FK" Arda Öztürk ilə müqavilə imzaladı
Bugün, 09:01 İDMAN
-
QƏZZADA QRUPLAŞMALAR SİLAHI BURAXDI? - Tramp bəyanat verdi, 3 ölkəyə təşəkkür etdi, qarşı tərəf isə...
Bugün, 08:57 GÜNDƏM
-
Ekspertdən universitetin bağlanmasına reaksiya: "Bu, digər universitetlər üçün də xəbərdarlıq xarakteri daşıyır"
Bugün, 08:50 CƏMİYYƏT
-
Azərbaycan və Qırğızıstan prezidentləri görüşüblər - AÇIQLAMALAR
Bugün, 08:45 GÜNDƏM
-
Avropa Liqası: "Qarabağ" penaltilərdə uduzdu (Yenilənib)
Bugün, 00:48 İDMAN
-
Türkiyədə məşhur iş adamı tutulub
Bugün, 00:22 KRİMİNAL
-
"TGRT Haber"dən ayrılan aparıcı saxlanıldı - İki maddə ilə
Bugün, 00:05 PRESS
-
Avroliqa: "Beşikaş" növbəti mərhələyə yüksəldi
Bugün, 00:02 İDMAN
-
"Telegram"ın qurucusundan Rusiyanın qərarına ilk reaksiya: "Senzuradan imtina etdiyim üçün..."
Bugün, 00:01 PRESS
-
Konfrans Liqası: "Neftçi" də yarışa "əlvida" dedi (Yenilənib)
30.07.2026, 22:54 İDMAN
-
Vüqar Rəhimzadə: Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir
30.07.2026, 22:20 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" yarışı tərk etdi (Yenilənib)
30.07.2026, 21:52 İDMAN
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyinatı oldu - O, kimdir?
30.07.2026, 20:51 GÜNDƏM
-
RƏSMİ BAKIDAN FRANSA XİN-in BƏYANATINA ETİRAZ: "...qətiyyətlə rədd edirik"
30.07.2026, 20:14 SİYASƏT
-
Baş Prokurorluq Ukraynada saxlanılan azərbaycanlı barədə xəbər yaydı
30.07.2026, 20:02 KRİMİNAL
-
Geyim mədəniyyəti və insan haqqında yaranan ilk təəssürat... - Vahid Tağıyev yazır
30.07.2026, 19:46 YAZARLAR
-
Saxta fişinq saytları... - Kart məlumatlarını ələ keçirən daha iki nəfər saxlanılıb
30.07.2026, 19:38 KRİMİNAL
-
Prezident İlham Əliyev Qırğızıstanda - FOTOLAR (Yenilənib)
30.07.2026, 19:33 GÜNDƏM
-
Deputat CHP-yə geri döndü
30.07.2026, 19:29 SİYASƏT
-
Şortiklə gəldi, telefonu ilə oynadı... - Senatorun Netanyahu ilə görüşdəki saymazyana davranışı dünya gündəmində + FOTO
30.07.2026, 18:00 DÜNYA
-
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı - Nazirlik açıqladı
30.07.2026, 17:45 GÜNDƏM
-
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar - FOTOLAR
30.07.2026, 17:30 İDMAN
-
Komitə sədri polkovniki idarə rəisi təyin edib
30.07.2026, 17:21 CƏMİYYƏT
-
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artırıldı
30.07.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
30.07.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub - Odessa yaxınlığında
30.07.2026, 16:49 GÜNDƏM