Rusiyada dünyanın diqqətni çəkən yeni ixtira: Xərçəng peyvəndi ilk klinik sınaqlardan uğurlu çıxdı

Rusiyada dünyanın diqqətni çəkən yeni ixtira: Xərçəng peyvəndi ilk klinik sınaqlardan uğurlu çıxdı

GÜNDƏM

Bugün, 09:43

"Rusiyanın xərçəng peyvəndi ilk klinik sınaqlarda müsbət nəticələr göstərib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı peyvəndin hazırlanmasında rol oynayan Qamaleya Tədqiqat İnstitutunun direktoru Aleksandr Ginzburq açıqlayıb.

O bildirib ki, Rusiyada fərdiləşdirilmiş melanoma peyvəndi alan ilk xəstənin sağlamlığı müsbətə doğru dəyişib: "Aprel ayında ilk dozanı alan 60 yaşlı üçüncü mərhələ melanoma xəstəsinin müalicəsi hazırda davam edir. Sınaq testləri bədənin şişlər və metastazlar ilə mübarizə aparmaq üçün lazım olan aktiv birləşmələriinə son dərəcə müsbət təsirini göstərub".

Məlumatda deyilir ki, ötən il Rusiya Səhiyyə Nazirliyi inkişaf etmiş melanoma üçün hazırlanmış mRNA əsaslı "Neooncovac" peyvəndinin və kolorektal xərçəngi hədəf alan "Oncopept" peptid dərmanının istifadəsini təsdiqləyib.

Qamaleya İnstitutunun rəsmiləri fərdiləşdirilmiş melanoma peyvəndinin qarşıdakı dövrdə daha 10 xəstə üçün sınaqdan çıxarılacağını və  istehsalın bir-üç ay ərzində tamamlanacağını açıqlayıblar.

Rusiya Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzinin rəhbəri Andrey Kaprin bu texnologiyanın xərçəng müalicəsinə kökündən fərqli bir yanaşma təklif etdiyini deyib...

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR